İstehsalat qəzalarında zərərçəkənlərin sığortasını kim verməlidir?

Sığorta xidməti sahəsində istehlakçıların hüquqları pozulur. Səbəbi isə qanunvericilik aktlarında boşluqların olmasıdır. Buna görə də icbari həyat sığorta xidmətləri ilə bağlı sui-istifadə hallarına yol verilir. Belə ki,  işçini mülki müqavilə ilə işəgötürən şirkətlər və müəssisələr işçilərini sığortaladığı halda əməkdaşlarına zəruri vəziyyətdə kompensasiya ala bilmirlər.

Bu faktları redaksiyamıza Azad İstehlakçılar İctimai Birliyinin icbari sığorta üzrə mütəxəssisi İlkin İbrahimov danışıb. İlkin İbrahimovun faktlarından danışmazdan öncə bu sahədə mövcud olan qanuna nəzər salaq.

Qanun belə deyir:

İstehsalatda bədbəxt hadisə olarsa və peşə xəstəlikləri nəticəsində şəxs əmək qabiliyyətini itirərsə, subyekt birmənalı olaraq icbari sığorta olunmalıdır.

Qanuna əsasən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də Əmək Məcəlləsinə  uyğun olaraq sığortlanmalıdır.

Həmçinin, Mülki Məcəlləyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslərin də həyatı icbari sığorta müqaviləsi üzrə sığortalanmalıdırlar.

İndi isə İlkin İbrahimovun faktlarına nəzər salaq.

O bildirir ki, son vaxtlar bu növ sığorta şəhadətnamələri ilə sığortalanan bəzi vətəndaşlara sığorta şirkətləri tərəfindən “İmtina” məktubları gəlməkdədir. 

Belə bir imtina məktubu 7 saylı “Magistral Yolların İstismarı” MMC – nin keçmiş əməkdaşı Vüsal Babazadənin ailəsinə gəlib:

Magistral Yolların İstismarı” MMC  ilə “Qala Həyat”  ASC arasında 2017 ci il aprel ayının 14-də Vüsal Babazadənin həyatı ilə bağlı  icbari sığorta müqaviləsi bağlanıb.

Vüsal Babazadə mülki-hüquqi müqavilə əsasında işləyirmiş. Onun  həyatı 52 098 (əlli iki min doxsan səkkiz) manat məbləğində sığortalanıb. İşçi 2019-cu il aprel ayınn 1-də  7 saylı “Magistral Yolların İstismarı” MMC-yə məxsus zavodda baş vermiş bədbəxt hadisə nəticəsində  dünyasını dəyişib.

Bundan sonra şəxsin hüquqi varisləri “Qala həyat” sığorta şirkətinə “Sığorta kompensasiyası” üçün müraciət etmiş , lakin “İmtina” cavabı alıb.

İşçinin həyatı sığortalandığı halda niyə ödəniş olunmayıb?

Sığorta şirkəti deyir ki, bu növ icbari sığortaya nəzarət və lazım olan “iz arayışı” Dövlət Əmək Müfəttişliyi Xidməti verir. Onlara  müraciət olunanda isə bildirir ki, AR Əmək Məcəlləsinin 6-cı maddəsinin “D” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu məcəllə şamil edilmir.

Ona görə də Vüsal Şaddıq oğlu Babazadənin yaşamış olmuş hadisə də Dövlət Əmək Müfəttişliyi tərəfindən təsdiq edilməyib.

İlkin İbrahimov deyir ki, elə qanunsuzluğa da burada yol verirlər. Necə olur sığorta yığımı üçün işəgötürənə təziqlər edirlər. Ödənişə gəldikdə isə bizlik deyil deyirlər.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən Bizim.Media-ya bildirildi ki, mülki hüquqi müqavilə əsasında işlər icra edən və xidmətlər göstərən şəxslər əmək münasibətlərində olmurlar:

- Onlar mülki hüquqi müqavilə əsasında Sifarişçi və İcraçı arasında götürülmüş öhdəliklərin yerinə yetirilməsini həyata keçirirlər. Bununla bağlı mülki müqavilənin tərəfləri arasında olan mübahisələr əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla deyil, mülki münasibətləri tənzimləyən qanunvericilik aktları əsasında, eləcə də məhkəmə qaydasında həll edilir.

Məsələ yenə də açıq qalır, bəs onda zərər çəkmiş əməkçilərin ödənişini kim edəcək?Doğurdanmı bütün çanaqlar sadə insanların başında çatlamalıdır?

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

End of content

No more pages to load

RADİO