Azərbaycanda köhnə avtomobillər kəskin bahalaşır – YENİ QİYMƏTLƏR

Vergilər Məcəlləsində 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək əlavə və dəyişikliklər Azərbaycanda köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq. 

Bizim.Media bildirir ki, nəzərdə tutulan dəyişikliyə əsasən istehsal tarixindən 7 il və daha çox keçən avtomobillərin idxalına tətbiq edilən aksiz vergisi 20 faizdən 50 faizə qədər artırılacaq. İdxal edilən avtomobil benzinlə çalışırsa, aksiz vergisi 20 faiz, dizel mühərriki ilə işləyirsə 50 faiz çox hesablanacaq. 

Artım nisbətdə böyük olsa da mütləq göstəricilərdə yüksək olmayacaq. Çünki ölkəmizə idxal edilən avtomobillərin böyük hissəsinin mühərrik həcmi 1,3-1,8 litrdir.

Bu həcmdə mühərriki olan avtomobillərdən alınan aksiz vergisi hazırda 390-540 manat məbləğindədir.
 

2022-ci ildən idxal ediləcək kiçik həcmli avtomobillərə görə aksiz vergisi benzinlə işləyən avtomobillərdə 78-108 manat, dizel yanacağı ilə işləyən avtomobillərdə 195-270 manat artacaq. 


Qaydalara əsasən avtomobil idxalından alınan ƏDV ümumi xərclərdən tutulduğundan əlavə məbləğlər daha 18 faiz artacaq.

Bu halda köhnə avtomobil idxal edənlər yekunda 195-270 manat yox, 230-319 manat əlavə vergi (aksiz və ƏDV) ödəyəcək.

Əgər mühərrikin həcmi 2 litrdən böyükdürsə, o halda vergi xərcləri daha çox olacaq. Məsələn, 2,5 litr dizellə işləyən köhnə avtomobilin idxalına görə hazırda 3100 manat aksiz vergisi ödənilir.
 

Gələn ildən aksiz vergisi 1550 manat, ümumi gömrük xərcləri isə 1830 manat artacaq. 


Bu şərtlər daxilində ölkəmizdə köhnə avtomobillərin, xüsusən də dizel mühərriki ilə təmin edilən avtomobillərin dəyəri yüksələcək. Köhnə avtomobillərin bahalaşması köhnə ehtiyat hissələrinin də bahalaşmasına səbəb olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - VİDEO

Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - VİDEO

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır

Toyuq əti BAHALAŞACAQ?

Toyuq əti BAHALAŞACAQ?

Messi vida matçında qol vurdu - VİDEO

Messi vida matçında qol vurdu - VİDEO

Rusiyadan ballistik raket HÜCUMLARI – Ukrayna şəhərləri belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan ballistik raket HÜCUMLARI – Ukrayna şəhərləri belə vuruldu – ANBAAN VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm... – VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm... – VİDEO

Altı rayonda işıq kəsiləcək – ÜNVANLAR

Altı rayonda işıq kəsiləcək – ÜNVANLAR

Vətən müharibəsinin xronikası: 7 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 7 oktyabr - VİDEO

Messi üçün ÖZƏL VİDA: Argentina millisi stadiona açıq avtobusla gedəcək- FOTO/VİDEO

Messi üçün ÖZƏL VİDA: Argentina millisi stadiona açıq avtobusla gedəcək- FOTO/VİDEO

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

End of content

No more pages to load

RADİO