SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI - RƏSMİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

Avtobus

Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. "Böyük Qayıdış" planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

Metro

Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

Qərar

İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi:

• Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

• Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hər şey yaxşıdır” deyən insanlar əslində stressə qarşı daha dözümlü olmurlar

“Hər şey yaxşıdır” deyən insanlar əslində stressə qarşı daha dözümlü olmurlar

Rusiya ordusunun Kiyevdə məhv etdiyi kitab bazarından son görüntülər -FOTO/VİDEO

Rusiya ordusunun Kiyevdə məhv etdiyi kitab bazarından son görüntülər -FOTO/VİDEO

Macarıstanda Polşa avtobusu qəzaya uğradı: 12 ölü, 10 yarlı var - FOTO

Macarıstanda Polşa avtobusu qəzaya uğradı: 12 ölü, 10 yarlı var - FOTO

Marsda günəş batarkən səma niyə mavi görünür?

Marsda günəş batarkən səma niyə mavi görünür?

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib - FOTO

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib - FOTO

Ərdoğan: Türkiyənin Avropa İttifaqına üzvlüyü Ankara üçün prioritet deyil

Ərdoğan: Türkiyənin Avropa İttifaqına üzvlüyü Ankara üçün prioritet deyil

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Müdafiə Nazirliyi istefada olan general-mayorun vəfatı ilə bağlı başsağlığı verdi

Müdafiə Nazirliyi istefada olan general-mayorun vəfatı ilə bağlı başsağlığı verdi

BTS qrupunun üzvü V: “Bir qulağım 30 faiz eşidir”

BTS qrupunun üzvü V: “Bir qulağım 30 faiz eşidir”

Rusiyalı iqtisadçı: Ukrayna ilə müharibədə Kreml məğlub olacaq

Rusiyalı iqtisadçı: Ukrayna ilə müharibədə Kreml məğlub olacaq

Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub

Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub

Tokionun şərqində bir sıra ərazilər su altında qaldı - 5 ölü var - VİDEO

Tokionun şərqində bir sıra ərazilər su altında qaldı - 5 ölü var - VİDEO

Halley kometası bu tarixdə Günəşə yenidən yaxınlaşacaq

Halley kometası bu tarixdə Günəşə yenidən yaxınlaşacaq

Arina Sabalenko Time jurnalı üçün çəkilişdən cazibədar görüntülər paylaşdı - FOTO

Arina Sabalenko Time jurnalı üçün çəkilişdən cazibədar görüntülər paylaşdı - FOTO

Krımda Rusiyanın “Bastion” kompleksinə zərbə endirildi - VİDEO

Krımda Rusiyanın “Bastion” kompleksinə zərbə endirildi - VİDEO

Bazar günü söhbətləri - Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri - Əliməmməd Nuriyev yazır

6 kilometr dərinlikdə 10 gün işləyə bilən sualtı dron hazırlandı

6 kilometr dərinlikdə 10 gün işləyə bilən sualtı dron hazırlandı

Stolüstü tennisçilərimiz Türkiyədə 4 medal qazandı - FOTO

Stolüstü tennisçilərimiz Türkiyədə 4 medal qazandı - FOTO

Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Rusiya ordusu iyulda 42 mindən çox hərbçi itirib

Rusiya ordusu iyulda 42 mindən çox hərbçi itirib

Bakıda daş karxanasında ÖLÜM

Bakıda daş karxanasında ÖLÜM

General-mayor Abbasəli Novruzov vəfat etdi

General-mayor Abbasəli Novruzov vəfat etdi

Ukrayna ilk dəfə Rusiyaya Britaniya dronlarından istifadə edib - FOTO

Ukrayna ilk dəfə Rusiyaya Britaniya dronlarından istifadə edib - FOTO

Ukraynanın ETİRAFI: Rusiyanın heç bir ballistik raketini vura bilmədik

Ukraynanın ETİRAFI: Rusiyanın heç bir ballistik raketini vura bilmədik

End of content

No more pages to load

RADİO