Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Hibrid avtomobillərin gömrük rüsumu güzəşti bu ilin sonu başa çatır. Bəzi ekspertlər güzəştlərin gələn il də davam edəcəyi, bəziləri isə tamamilə bitəcəyi qənaətindədir. Güzəştin uzadılmaması nəticəsində avtomobil bazarında qiymətlərin artacağı proqnozlaşdırılır.

Azərbaycanda son illərdə avtomobil bazarında yaşıl texnologiyalara keçid istiqamətində ciddi dönüş müşahidə olunur. Hibrid və elektromobillərə artan maraq artıq sadəcə tendensiya deyil.

Bu marağın arxasında dövlət tərəfindən tətbiq edilən mühüm gömrük və vergi güzəştləri dayanır. Lakin 2025-ci ilin sonuna doğru bazarda yeni bir mərhələnin başlanğıcı görünür: hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti başa çatır.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İlk dəfə 2019-cu ildə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edildi.

Bu, ölkədə ekoloji nəqliyyat vasitələrinin təşviq olunması baxımından ilk ciddi addım idi. 2022-ci ildən etibarən isə bu güzəştlər daha da genişləndirildi: elektromobillərin idxalı ilə yanaşı, onların satışı da ƏDV-dən azad olundu. Həmin tarixdən etibarən hibrid avtomobillər üçün də güzəştlər tətbiq olunmağa başladı.
 

Vergi Məcəlləsinin 164.1.41-1-ci maddəsinə əsasən, istehsal tarixi üç ildən az olan və mühərrik həcmi 2500 sm³-dən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da ƏDV-dən azad edildi. Bu güzəştlər ilkin olaraq 2025-ci il yanvarın 1-nə qədər qüvvədə idi. 2023-cü ildə güzəşt müddətlərinə yenidən baxıldı və elektromobil və hibrid avtomobillərlə bağlı ƏDV güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dək uzadıldı.


Bu, yaşıl nəqliyyat vasitələrinin bazardakı mövqeyini daha da gücləndirdi. Hazırda elektromobillər idxal edilərkən nə ƏDV, nə də gömrük rüsumu ödənilir - yalnız gömrük xidmət haqqı tətbiq olunur.

Lakin hibrid avtomobillərlə bağlı vəziyyət fərqlidir. Belə ki, bu avtomobillərə ƏDV güzəşti uzadılsa da, gömrük rüsumuna tətbiq olunan güzəştin 2025-ci ilin sonunda bitəcəyi gözlənilir. Bu isə avtomobil idxalçıları və alıcıları üçün dönüş nöqtəsi deməkdir. Güzəştin uzadılmaması halında, 2026-cı ildən etibarən hibrid avtomobillər əvvəlki qaydada - yəni tam rüsumla idxal olunacaq.

Bəs bu, bazara necə təsir edəcək?

 

Azərbaycan Avtomobil Dilerlər Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, hibrid avtomobillərin güzəşti bitsə də, elektromobillər üçün bu, gözlənilmir:


"Gələn ilin əvvəlində, yəni yanvar ayının 1-dən güzəştlər bitir. Hibrid avtomobillər üçün olan güzəşt başa çatacaq. Lakin elektromobillər üçün nəzərdə tutulan güzəştlər davam edəcək. Çünki "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sərəncamın beşinci bəndinə görə ölkəmiz təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi adlanır. Yaşıl artım ölkəsi olmaq üçün elektrikli avtomobillərin təşviqi daha da çoxalacaq".

E.Əliyev hibrid avtomobillərin güzəştinin bitəcəyi təqdirdə bazarda vəziyyətin dəyişəcəyi fikrindədir:

"Bazarda vəziyyət indikindən fərqli olacaq. Hazırda ölkədə ikinci əl avtomobil bazarı demək olar ki, çöküb. İkinci əl avtomobillər çox aşağı qiymətə satılır. Əgər hibrid avtomobillərə güzəşt bitərsə, bu zaman ikinci əl avtomobil bazarında da canlanma yarana bilər. Həmçinin digər daxili yanma mühərrikli, yeni 0 kilometrajlı avtomobillərin də satışında bir az təkan olacaq".

Sədrin fikrincə, ölkəmiz elektrikli avtomobillərə tam keçid üçün hazırdır:

"Amma düşünürəm ki, hibrid maşın bazarında baş verəcək bahalaşmadan sonra insanlar köhnə avtomobillərə deyil, tam elektrikli avtomobillərə müraciət edəcəklər. Elektrikli avtomobillər üçün lazım olan bütün avadanlıqlar mövcuddur. Hazırda ölkənin istənilən yerinə elektromobillə səyahət etmək olur. Yaradılan bu şəraiti nəzərə alaraq deyə bilərəm ki, elektrikli avtomobillərə tam keçid edə bilərik".

İqtisadçı Pərviz Heydərov isə güzəştlərin davam etməli olduğu qənaətindədir:

"Hibrid avtomobillərə olan güzəştin taleyi ilə bağlı üç variant mövcuddur. Ya birdəfəlik ləğv ediləcək, ya rüsumlar tətbiq olunacaq, amma benzin və dizel avtomobillərin rüsumundan daha az olacaq. Bu da bir güzəştdir. Ya da güzəşt müddəti əvvəlki kimi qalacaq. Fikrimcə, hibrid avtomobillərə benzin və dizeldə olan rüsumlar tətbiq olunmayacaq. Yəni ya güzəşti uzadacaqlar, ya da çox az vergi və rüsumlar tətbiq ediləcək. Çünki dünyada da ekoloji problemlər geniş yayılıb. Azərbaycan COP29-a ev sahibliyi etdi. Eyni zamanda yaşıl enerjiyə keçid dövründəyik. Bərpa olunan enerji mənbələrinə ən çox diqqət ayıran ölkələrdən biri Azərbaycandır".

İqtisadçı bu sahədə dünyada baş verən proseslərə də toxundu:

"Nəzərə almalıyıq ki, bütün dünya hibrid və elektromobillərə keçid edir. Hazırda bütün ölkələrdə təşviq bu yöndədir. Məsələn, Avropa ölkələri bir neçə ilə benzin və dizellə işləyən avtomobillərə tamamilə qadağa qoymağa hazırlaşır. 2030-2035-ci illərdən sonra Avropada bu avtomobillər ümumiyyətlə istifadə olunmayacaq. Dünyada belə proseslər getdiyi bir dövrdə Azərbaycanın kənarda qalması mümkün deyil".

P.Heydərovun fikrincə, bazarda bahalaşma gözləniləndir:

"Yenə də ölkəmizə hibrid avtomobillər gətiriləcək. Amma rüsumlar benzin və dizel avtomobillərdə olduğu kimi yüksək olarsa, bu zaman alıcılar yenidən benzin və dizel mühərrikli avtomobillərə üz tuta bilərlər. Bu, avtomobil bazarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnə bilər. Əgər güzəşt uzadılmazsa və az da olsa rüsumlar tətbiq edilərsə, bu zaman hibrid avtomobillərin qiymətində 10-15 faiz artım müşahidə ediləcək. Hər bir halda indiki kimi aşağı qiymətə olmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO