Sağlamlıq arayışı pulsuz VERİLƏCƏK? – Deputatdan AÇIQLAMA

Azərbaycanda tələbə adını qazananlar, məktəbə başlayan şagirdlər, işə daxil olanlar, eyni zamanda, sürücülük vəsiqəsi alanlar sağlamlıq haqqında arayış əldə etməlidirlər. Xüsusilə, sentyabr ayında ali, orta ixtisas təhsil müəssisələrinə qəbul olanlar, həmçinin, işə qəbul olan müəllimlər təhsil müəssisələrinə bir sıra sənədlərlə yanaşı sağlamlıq haqqında arayış da təqdim edirlər. Ona görə də bu ay sağlamlıq haqqında arayışın əldə edilməsi və ona ödəniləcək dövlət rüsumu müzakirə mövzusuna çevrilir.

Arayış üçün tətbiq edilən dövlət rüsumu 40 manatdır. Tibbi arayış bəzi şəxslərə pulsuz verilsə də bu, hamını əhatə etmir.

Bəs bu, kimlərə pulsuzdur və sağlamlıq arayışının icbari tibbi sığorta hesabına verilməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib ki, uşaqlar və tələbə adını qazananlar üçün sağlamlıq arayışı tamamilə pulsuzdur:

“Sağlamlığın müəyyənləşdirilməsi istiqamətində bir neçə tibbi qeydiyyat sənədləri vardır ki, bunların da qeydiyyat sənədi kimi adları var. Forma 112 uşaqların icbari dispanserizasiyası üçün, Forma 26 həm məktəblərə gedən uşaqlar, həm uşaq bağçalarına qəbul olunan uşaqlar üçün, həm də müvafiq olaraq 18 yaşa qədər olan şəxslərə verilən arayışlardır. Universitetlər, kolleclər, digər ali və orta təhsil müəssisələri və işə qəbul olunan şəxslər üçün verilən arayış isə Forma 86-dır.
 

Uşaqlar üçün olan Forma 112 və Forma 26 pulsuzdur və bunu əldə etmək üçün heç bir ödəniş tələb olunmur. Ödəniş icbari tibbi sığorta tərəfindən ödənir, yəni Azərbaycan Respublikası vətəndaşları üçün pulsuzdur.


İşə düzələn Azərbaycan Respublikası vətəndaşları üçün sağlamlıq haqqında arayış, yəni Forma 86 mövcuddur, bu arayış həm də  universitet və kolleclərə qəbul olanlar üçün də keçəridir. Lkain universitet, kollec və digər təhsil müəssisələrinə qəbul olunan 18 yaşa qədər vətəndaşlara, o cümlədən, 18 yaşdan yuxarı şəxslər də qəbul olunublarsa, onlara bu arayış ödənişsizdir. Yalnız Forma 86 arayışı işə qəbul olanlar üçün ödənişlidir”.

Deputat bildirib ki, sağlamlıq arayışının əksər hallarda pulsuz olması dövlətimizin öz vətəndaşına göstərdiyi qayğıdır:

“Bayaq sadaladığım siyahıda da göründüyü kimi, arayışların əksəriyyəti ödənişsizdir, vətəndaş tərəfindən heç bir ödəniş olunmur. İcbari tibbi sığorta fondu hesabına qarşılanır. Bu da sosial dövlət modelinə uyğun şəkildə Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının bir formasıdır. Ümumiyyətlə, sığorta baxımından və ümumi dəyərləndirdikdə arayışlar sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün həyata keçirilən tibbi prosedurlar olduğuna görə, o, sığorta hadisəsi sayılmır.

Əslində, sığorta çərçivəsinə daxil deyildir. Buna baxmayaraq, müəyyən yaş və müəyyən tələblərə uyğun şəkildə Forma 112, Forma 26 və Forma 86-nın uşaqlar və gənclər üçün lazım olan hissəsi dövlət tərəfindən qarşılanır. Yalnız işə qəbul üçün müraciət etmiş vətəndaşlardan bu ödəniş tələb olunur.

Düşünürəm ki, əslində bu güzəştli yanaşma kifayətdir və kafidir. Sadəcə, müvafiq əmək fəaliyyətinə başlayan şəxslərə bu prosesin ödənişli olması digər vətəndaşlarımızın ödənişsiz arayışlardan istifadə etməsinə bir dəstək rolunu oynayır”.

Deputatın sözlərinə görə, icbari tibbi sığorta sistemi ehtiyacı olan vətəndaşlarımızın ehtiyacı olmayan vətəndaşlarımız tərəfindən ümumi həmrəylik prinsipi əsasında formalaşan bir sistemdir:
 

“Ümumi qiymətləndirildikdə bu yanaşma digər ölkələrlə müqayisədə kifayət qədər humanist, sosial dövlət modelinə uyğun olan yanaşmadır.


Lakin burada bir məsələ var ki, ödənişli və ya ödənişsiz olmasından asılı olmayaraq müəyyən bir operativ sistemin qurulması çox önəmlidir ki, vətəndaşlarımız bu prosesdə əziyyət çəkməsin, hətta ödəniş etsələr belə müxtəlif növbələr və ləngidilmələr olmasın. Bəzən proseslərin çətinliklə əldə olması halları müşahidə edilir, bunu biz müxtəlif tibb müəssisələrində olan böyük növbələrdə görürük”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO