İlin sonuna büdcə gəlirlərinin 836 milyon manat çox olacağı GÖZLƏNİLİR

2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur.

Bizim.Media Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1,9 faiz artması gözlənilir.

Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.
 

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16 milyard 320 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və ya 5,3 faiz çoxdur.


Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard 020 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1 milyard 800 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini və ya 2 milyard 100 milyon manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

2025-ci il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kubmetrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların 600 milyon manat və ya 40 faiz artacağı gözlənilir.
 

2025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 020 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350 milyon manat və ya 3 faiz çoxdur.


Cari ilin yanvar-iyun ayları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat və ya 3,5 faiz, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.

2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200 min manat və ya 22,7 faiz az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 min manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 min manat və ya 17,6 faiz çox, sair daxilolmaların isə 1 milyard 071 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə (861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4 faiz artım təşkil edəcəyi gözlənilir.

Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmalarının (6 milyard 600 milyon manat), Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (14 milyard 481 milyon manat)

üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO