Bakıda ən ucuz evlər bu rayondadır – SİYAHI – FOTO

Ötən ay Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən artıb.

Bizim.Media xəbər verir ki, bu barədə APA.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Səbaildə torpağın qiyməti 29% artıb

O bildirib ki, ay ərzində torpaq sahələri üzrə ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb:

"Burada torpağın orta qiyməti 431,7 min manata yüksələrək 29% artım nümayiş etdirib. Yasamalda bu göstərici 206,6 min manat olub (+26%), Nəsimidə isə 298 min manat (+21%). Nizami rayonunda torpaqların orta qiyməti 65,2 min manat (+19%), Binəqədidə 55,8 min manat (+14%), Nərimanovda 302,7 min manat (+14%) təşkil edib. Digər rayonlarda artım nisbətən daha mülayim olub – Xətai 237,3 min manat (+12%), Xəzər 26,6 min manat (+12%), Suraxanı 26 min manat (+10%), Sabunçu 47,2 min manat (+10,8%), Qaradağ 15,2 min manat (+7%), Pirallahı isə 9,3 min manat (+8%).

Nərimanovda obyektlər 20% bahalaşıb

Qeyri-yaşayış sahələrinin qiymətləri də əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ilin iyulunda Nərimanov rayonunda obyektlərin orta qiyməti 5 642 manat (+20%), Nəsimidə 5 169 manat (+19%), Yasamalda 8 145 manat (+18%), Səbaildə 8 203 manat (+16%) təşkil edib. Digər rayonlarda da artım davam edib: Nizami 4 105 manat (+13%), Sabunçu 4 634 manat (+11%), Xətai 6 103 manat (+10%), Xəzər 2 259 manat (+10%), Binəqədi 3 563 manat (+9%), Suraxanı 3 039 manat (+7%), Pirallahı 2 002 manat (+4%), Qaradağ isə 2 029 manat (+5,3%)".

Yeni tikili mənzillər üzrə ən çox bahalaşma Yasamalda qeydə alınıb

V.Orucun sözlərinə görə, yeni tikili mənzillərdə də bahalaşma müşahidə olunub:

"Yasamal rayonunda mənzillərin orta qiyməti 3 022 manat (+26%), Xətai və Nərimanovda 3 028–3 808 manat aralığında (+22%), Səbaildə isə 3 846 manat (+22%) olub. Nəsimi rayonunda göstərici 3 493 manat (+21%), Nizami rayonunda 2 730 manat (+18%), Sabunçuda 2 518 manat (+12%) təşkil edib. Digər rayonlarda isə artım nisbətən aşağı olub: Binəqədi 2 628 manat (+10%), Xəzər 2 224 manat (+9%), Suraxanı 2 024 manat (+9,1%), Pirallahı 1 312 manat (+8%), Qaradağ isə 1 612 manat (+5,6%).

Köhnə evlərin 1 kvadrat metri 3 min manata çatıb

Köhnə tikililərin qiymətləri üzrə ən yüksək artım Yasamalda qeydə alınıb – mənzillərin orta qiyməti 2 497 manata qalxaraq 27% artım göstərib. Səbail rayonunda qiymətlər 2 992 manata (+24%), Nəsimidə 2 513 manata (+18%), Nərimanovda 2 789 manata (+15%) çatıb. Digər rayonlarda da artım qeydə alınıb: Nizami 2 488 manat (+9%), Xətai 2 515 manat (+10%), Sabunçu 2 002 manat (+11%), Binəqədi 2 392 manat (+8%), Xəzər 1 397 manat (+8%), Suraxanı 1 810 manat (+6%), Qaradağ 1 298 manat (+6%). Yeganə zəif artım Pirallahıda müşahidə olunub – cəmi 0,9% (1 279 manat)".

Fərdi evlərdə bahalaşma davam edir

"Fərdi yaşayış evləri üzrə isə ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb – evlərin orta qiyməti 3 029 manata yüksələrək 29% artıb. Nizami rayonunda bu göstərici 809 manat (+17%), Sabunçuda 697 manat (+16%), Nərimanovda 2 116 manat (+16%), Nəsimidə 1 514 manat (+14%) təşkil edib. Digər rayonlarda da artım davam edib: Xəzər 807 manat (+13%), Suraxanı 706 manat (+12%), Yasamal 1 512 manat (+10%), Binəqədi 854 manat (+10%), Xətai 1 008 manat (+9%), Pirallahı 507 manat (+8%), Qaradağ isə 703 manat (+7%)", - deyə müsahibimiz əlavə edib.

Ümumi mənzərə

Məlumatlar göstərir ki, 2025-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymət artımları bütün seqmentlər üzrə davam edib. Ən yüksək bahalaşma torpaq sahələri və fərdi evlərdə, xüsusilə də Səbail, Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Ümumilikdə, ötən ay 2024-cü ildə Bakı şəhərində torpaq sahələri üzrə qiymətlər orta hesabla 15–20%, mənzillər üzrə 5–10%, qeyri-yaşayış sahələri və fərdi evlər üzrə isə 6–12% aralığında artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR

ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR

Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Bakı–Brüssel xəttində KRİTİK GÖRÜŞ - Lyayenin səfərinin PƏRDƏARXASI

Bakı–Brüssel xəttində KRİTİK GÖRÜŞ - Lyayenin səfərinin PƏRDƏARXASI

AZAL Brüsselə birbaşa uçuşlara BAŞLAYIR

AZAL Brüsselə birbaşa uçuşlara BAŞLAYIR

Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO

Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU –FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU –FOTO

Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı – SİYAHI

Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı – SİYAHI

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı aldı

Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı aldı

Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ!

Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

33 il sonra nəşi tapılan şəhid doğma yurdunda DƏFN olundu – FOTO

33 il sonra nəşi tapılan şəhid doğma yurdunda DƏFN olundu – FOTO

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

Ceyhun Salmanov azadlığa buraxıldı

Ceyhun Salmanov azadlığa buraxıldı

Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

Metroda velosipedlə relslərin üzərindən TULLANDI – ANBAAN VİDEO

Metroda velosipedlə relslərin üzərindən TULLANDI – ANBAAN VİDEO

Nurlana Əliyeva VƏFAT ETDİ

Nurlana Əliyeva VƏFAT ETDİ

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Gənclər evliliyi niyə gecikdirir? – VİDEOSORĞU

Gənclər evliliyi niyə gecikdirir? – VİDEOSORĞU

BTC ilə indiyədək nəql olunan neftin HƏCMİ

BTC ilə indiyədək nəql olunan neftin HƏCMİ

Bulvar İdarəsinin sabiq rəhbərinin məhkəməsində YENİ FAKTLAR açıqlandı

Bulvar İdarəsinin sabiq rəhbərinin məhkəməsində YENİ FAKTLAR açıqlandı

Finlandiya stasionar telefon rabitəsi şəbəkəsini tamamilə söndürdü

Finlandiya stasionar telefon rabitəsi şəbəkəsini tamamilə söndürdü

End of content

No more pages to load

RADİO