Birja dalğalanmaları təkcə cibinizə yox, sağlamlığınıza da ZƏRBƏ VURUR – Ölümcül xəstəlik RİSKİ

12 milyondan çox ölüm halının təhlili göstərib ki, birjadakı 1 faizlik eniş infarkt və insultdan ölümləri 1 faizə, intihar hallarını isə 1,77 faizə qədər artırır. Hətta birja göstəriciləri yüksəldikdə belə, insanlar arasında gərginlik, peşmanlıq və qərarsızlıq kimi psixoloji faktorlar artaraq sağlamlığa mənfi təsir göstərə bilir.

Ən çox təsirlənənlər arasında 65 yaşdan yuxarı kişilər və aşağı təhsil səviyyəsinə malik insanlar yer alır.

Gündaxili qiymət dəyişkənliyi – yəni gün ərzində yaşanan ani eniş-yüksəlişlər xüsusilə intihar riskini daha da artırır. Araşdırma göstərir ki, belə dalğalanmalar yalnız investorları deyil, dolayı yolla bütöv cəmiyyəti əhatə edə bilər. Xəbərlərdə verilən bazar məlumatları, pensiya fondlarının dəyərindəki dəyişikliklər və ya şəxsi əmanətlərə təsir nəticəsində insanlar əlavə stress yaşayırlar.
 

Mütəxəssislərin fikrincə, bu təsirin əsas səbəbi stres hormonlarının – kortizol və katexolaminlərin səviyyəsinin artmasıdır. Bu hormonlar ürək-damar sisteminə zərər verərək qan təzyiqinin yüksəlməsinə, damarların iltihablanmasına və ritm pozuntularına səbəb olur.


Tədqiqatçılar tövsiyə edir ki, iqtisadi tənəzzül dövrlərində psixi sağlamlıq xidmətləri gücləndirilməli, maliyyə savadlılığı artırılmalı, ictimai dəstək mexanizmləri qurulmalı və iqtisadi xəbərlərin yayımında daha məsuliyyətli və şəffaf yanaşma sərgilənməlidir.

Bu tədbirlər həm fərdi, həm də cəmiyyət səviyyəsində ölümcül nəticələrin qarşısını almağa kömək edə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, aparılmış təhlillər nəticəsində insan sağlamlığı ilə birjalar arasında çox tərəfli və mürəkkəb bağlantılar olması təsdiq olunub:

“Uğurlu investisiya fəaliyyəti  həyat səviyyəsini artırdığı və məmunluq hissi yaratdığı halda, birjalarda məzənnə dəyişikliyi yüksək stress, həyəcan və psixi gərginlik əmələ gətirir. Bunun fonunda psixi və fiziki sağlamlığa ciddi zərər dəymiş olur.

Birja ticarətində yüksək qeyri-müəyyənlik və maliyyə itkisi riskləri olduğuna görə cəmiyyətin bütün təbəqələrinin və investorların psixo-nevroloji durumunda güclü stress əmələ gətirir. Bu birja ticarətinə meyilliliyi, həmçinin asılılığı artırır.

Bu halda insanlar daha çox vaxt və enerji sərf etməklə sağlamlığa və şəxsi həyata ciddi təhdid yaradan zərərli amillərlə üzləşirlər.

Birja dalğalanmaları psixoemosional gərginlik hallarını şiddətləndirir, katexolaminlərin, adrenalin- epinefrin, norepinefrinin, kortizolun miqdarını artırmaqla qan şəkərini yüksəldir, digər endokrin pozulmalara yol açır və ürək- qan damar, laxtalanma sistemində ciddi xəstəliklər əmələ gətirir. Eyni zamanda beyin mediatorlarının balansını pozmaqla ruhu sferanı parçalayır, tədricən şəxsiyyətin deqradasiyasına səbəb olur.
 

Təcrübəsiz və yaşı 65-dən yuxarı olan insanların birja qiymərlərinin dəyişməsində, əmək fəaliyyətində və şəxsi həyatında geridönməz proseslər əmələ gəlməsi statistik məlumatlarla təsdiqlənib. İnfarkt, insult riskləri, psixi pozulmalar artır, bəzən bu, intihar hadisələrinə də yol açır.


Ona görə də bu sahədə ciddi maariflənməyə ehtiyac var. Sağlamlığın qayğısına qalmaq vacibdir, onu dünya varına dəyişmək olmaz!”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

End of content

No more pages to load

RADİO