Beş rayonda XOŞAGƏLMƏZ TENDENSİYA – “Ciddi maliyyə pozuntuları baş verə bilər”

Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib vəzifəsi vakansiyaya çıxarılıb.

Bunlar Neftçala, Hacıqabul, Goranboy, Ordubad və Bakının Nəsimi rayon icra hakimiyyətləridir. Belə ki, sözügedən beş icra hakimiyyəti neçə müddətdir baş mühasibsiz fəaliyyət göstərib.

Maraqlıdır, milyonlarla manat büdcəsi olan həmin rayonlarda büdcə xərclərinin hesabatını kim aparır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov deyir ki, dövlət qurumunda baş mühasibin olmaması çox təhlükəlidir:


“Bu məsuliyyətsiz bir tendesiyadır. Məlumdur ki, mühasibatlıqda peşəkarlığın olmaması, şəffaflığın zəifləməsi və nəzarət mexanizmində baş verən boşluqlar həm dövlət, həm özəl sektorda maliyyə risklərini artırır. Bu mənada 5 rayonda baş mühasibin olmaması həmin rayonlarda maliyyə sistemindəki boşluqların göstəricisidir.

Büdcədən ayrılan vəsaitin düzgün bölüşdürülməməsi, xərclərin düzgün hesablanmaması sonradan çox ciddi maliyyə pozuntularına əsas yaradır. Nəzərə alaq ki, baş mühasib yalnız texniki uçot aparan şəxs deyil. O, maliyyə intizamının təminatçısıdır və büdcə vəsaitinin əsas nəzarətçisidir. Bu mənada baş mühasibin olmaması həmin rayonlarda büdcə vəsaitlərinin düzgün xərclənməməsinə əsas yaradır”.

Müsahibimiz onu da qeyd edib ki, son illərdə maliyyə və iqtisadi sektorda şəffaflığın təmin olunması üçün ciddi addımlar atılır:

“Prezident İlham Əliyevin biləvasitə göstərişi ilə maliyyə sektorunun sağlamlaşdırılması üçün kompleks tədbirlər görülür. Bu da hər birimizdə böyük inam yaradır ki, yaxın gələcəkdə maliyyə bazarında və o cümlədən də mühasibatlaqda təqdirəlayiq bir mənzərəyə şahidlik edəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

End of content

No more pages to load

RADİO