Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi

Azərbaycan Mərkəzi Bankı avqustun 6-na olan valyuta məzənnələrini açıqlayıb.

Dolların məzənnəsi dəyişməz qalsa da, avro bahalaşıb, rubl isə ucuzlaşıb. Ekspertlər yaxın vaxtlarda dolların sabit qalacağını desə də, anidən bahalaşma ehtimalı da istisna edilmir.

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, prosesin baş verməsi üçün müəyyən iqtisadi və geosiyasi şərtlər lazımdır.

Onun sözlərinə görə, şərtlərin bir çoxu Azərbaycanın daxili imkanlarından deyil, xarici amillərdən asılıdır:
 

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici ticarətinin əsas hissəsini neft və neft məhsulları təşkil edir. Bu səbəbdən dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ölkə gəlirlərinin azalmasına birbaşa təsir edir.


Məsələn, “Brent” markalı neftin bir barelinin qiyməti 10-15 faiz azaldığı halda, bu, artıq Mərkəzi Bankın valyuta ehtiyatlarına və gəlirlərinə mənfi təsir göstərir. Nəticədə manatın məzənnəsini sabit saxlamaq üçün imkanlar zəifləyə bilər.
 

Digər mühüm faktor isə regiondakı geosiyasi vəziyyətdir. Əgər bölgədə gözlənilməz gərginlik və ya siyasi böhran yaşanarsa, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin valyutalarına təzyiq yarada bilər”.


İqtisadçı deyib ki, manatın ucuzlaşmasına səbəb ola biləcək daha bir amil isə idxal-ixrac balansındakı dəyişiklikdir:
 

“Əgər idxal kəskin şəkildə artarsa, bazarda dollara olan tələb yüksələr və bu da manata təzyiq yaradar. Bu fonda əhali arasında psixoloji panika da baş verə bilər.


Yəni insanlar əllərindəki manatı xarici valyutaya çevirməyə çalışdıqda, nəticədə xarici valyutaya tələbat artar və bu, manatın məzənnəsinə mənfi təsir göstərər. Lakin bütün bu ehtimallara baxmayaraq, hazırkı iqtisadi vəziyyət manatın ucuzlaşması üçün ciddi risk daşımır.

Bir neçə mühüm amil bu stabilliyi təmin edir:
 

Azərbaycan Mərkəzi Bankının kifayət qədər valyuta ehtiyatı var və bu, mümkün tələbi qarşılayacaq səviyyədədir;


Neftin dünya bazar qiyməti hələ də dövlət büdcəsində nəzərdə tutulan qiymətdən yüksəkdir;

Azərbaycanın iqtisadi siyasətində manatın sabit məzənnəsinin qorunması əsas prioritetlərdəndir”.

İqtisadçı son olaraq qeyd edib ki, artıq təxminən 10 ilə yaxındır Azərbaycan manatı sabit olaraq qalır, ciddi dəyər itkisi müşahidə olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

"Haber Global": İlham Əliyev liderlərə müraciət edib - VİDEO

"Haber Global": İlham Əliyev liderlərə müraciət edib - VİDEO

“Şəfa” Birinci Liqanın çempionu oldu

“Şəfa” Birinci Liqanın çempionu oldu

Əraqçi: “Pakistanın vasitəçiliyini uğursuz hesab etmək olmaz”

Əraqçi: “Pakistanın vasitəçiliyini uğursuz hesab etmək olmaz”

Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb

2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş əməliyyat rejiminə KEÇDİ

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş əməliyyat rejiminə KEÇDİ

Çin liderinin ABŞ-a səfər edəcəyi VAXT açıqlandı

Çin liderinin ABŞ-a səfər edəcəyi VAXT açıqlandı

Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

Şuşa və Xocalının iki kəndinə İLK KÖÇ olacaq - FOTO

Şuşa və Xocalının iki kəndinə İLK KÖÇ olacaq - FOTO

"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."

"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."

Şuşada keçirilən "Xarıbülbül" festivalı başa çatıb – VİDEO

Şuşada keçirilən "Xarıbülbül" festivalı başa çatıb – VİDEO

Devid Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu: nə qədər qazanır?

Devid Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu: nə qədər qazanır?

Türküstanda liderlər çay süfrəsində söhbətləşiblər - FOTO

Türküstanda liderlər çay süfrəsində söhbətləşiblər - FOTO

1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü

1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü

Təbiətə 124 min manata yaxın ziyan vuruldu

Təbiətə 124 min manata yaxın ziyan vuruldu

Baş nazirdən QƏRAR: Bu hallarda dövlət qulluğu sertifikatları ETİBARSIZ sayılacaq

Baş nazirdən QƏRAR: Bu hallarda dövlət qulluğu sertifikatları ETİBARSIZ sayılacaq

WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb

WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb

Bakıda 49 milyon manatlıq yeni park salınır – Dəmir yolu və tikililər söküləcək

Bakıda 49 milyon manatlıq yeni park salınır – Dəmir yolu və tikililər söküləcək

Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA

Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA

WUF13 üçün onlayn qeydiyyat BAŞA ÇATDI

WUF13 üçün onlayn qeydiyyat BAŞA ÇATDI

Neymar görün haranın vətəndaşlığını aldı

Neymar görün haranın vətəndaşlığını aldı

Qurban bayramı namazının VAXTI AÇIQLANDI

Qurban bayramı namazının VAXTI AÇIQLANDI

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

End of content

No more pages to load

RADİO