Sənədsiz evlərlə bağlı proses BAŞLAYIR

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem yenidən gündəmə gətirilib. Məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qaldırılıb. Bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi uzun illərdir cəmiyyəti narahat edən ciddi problemlərdən biridir və bu sahədə təcili tədbirlərin görülməsinə ehtiyac var.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “News24.az”a açıqlamasında qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm də müvafiq dövlət qurumlarında müzakirə prosesi uzun müddətdir aparılır: 
 

“Əmlak məsələləri üzrə Dövlət Xidmətində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər görülür və ilkin qiymətləndirmələrə əsasən, 450 mindən çox sənədsiz evin mövcud olduğu bildirilir. Bunların böyük bir hissəsi Bakı şəhərində yerləşir.


Bununla yanaşı, təhlükəli və qeydiyyatsız ərazilərdə, xüsusilə də neft buruqları və nəqliyyat infrastrukturuna yaxın zonalarda yerləşən evlərin sayının təxminən 70 min olduğu qeyd olunur. Bu ərazilər təhlükəsizlik baxımından daha ciddi risk daşıdığı üçün onların sənədləşdirilməsi prosesi daha həssas yanaşma tələb edir.

Deputat vurğulayıb ki, məsələ hazırda hökumətin diqqətindədir və sənədsiz evlərin rəsmi qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun tanınması əsas prioritetlərdən biri sayılır.

Onun sözlərinə görə, bu istiqamətdə hüquqi və texniki prosedurların sadələşdirilməsi və daha şəffaf mexanizmlərin tətbiqi vacibdir: 

“Yaxın vaxtlarda bu evlərin qeydiyyatı sürətləndirilməli, vətəndaşların əmlak üzərində qanuni hüquqları tanınmalı və rəsmiləşdirilməlidir. Bu həm sosial ədalətin təmin olunmasına, həm də şəhərsalma və infrastruktur planlamasında dəqiqliyin artırılmasına xidmət edəcək”.
 

Sənədsiz evlər problemi hər dəfə gündəmə gətirilir, amma hələ də yoluna qoyulmayıb. Bu məsələ niyə bu qədər uzanır? Məsələn, Gürcüstanda bu problem “Əmlak amnistiyası” adı ilə artıq öz həllini tapıb.


Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Müsavat”a mövzunu şərh edərkən müstəqillikdən öncəki illərdə olan vəziyyətə diqqət çəkdi.

Ekspert qeyd etdi ki, hökumət kütləvi şəkildə salınan tikililərə göz yumurdu:

“SSRİ süqut etdikdən sonra Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkünlərlə əlaqədar qanunsuz tikililərin sayı artdı. 2000-ci illərdə artıq bələdiyyə torpaqları anlayışı yarandı. Sözügedən torpaq sahələri vətəndaşlara həyətyanı sahə kimi satılıb. Bir qisim torpaq isə kənd təsərrüfatı təyinatlı torpaq kimi rəsmiləşdirilib. Vətəndaşlar hər iki növ torpaq sahəsində fərdi evlər tikiblər. Beləliklə, tikililərin sayı dəfələrlə artıb. 

Daha sonra böyük şəhərlər və onların ətrafında özbaşına zəbt olunan, tikilən, yaxud bəzi sərəncamlar və razılaşmalar əsasında verilən digər əmlaklar yaranıb. Məsələn, kənd və qəsəbə sovetləri vaxtilə müəyyən sənədlər veriblər. Sonradan yaradılan yerli icra strukturlarında-kənd, qəsəbə idarəetmə orqanları tərəfindən verilən sərəncamlar olub. Müxtəlif sənədlər olduğu üçün problemi yalnız əmlak amnistiyası ilə həll etmək mümkün deyil. 

Prezident İlham Əliyev 2015-ci ildə "Daşınmaz əmlakın qeydiyyatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Bu fərman, daşınmaz əmlakın qeydiyyat prosesini sadələşdirmək, sürətləndirmək və şəffaflaşdırmaq məqsədini güdürdü.
 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərmanda qeyd olunan sənədlərə əsasən vətəndaşların mülkiyyət hüququnu tanıyır. Hazırkı hüquqi normativlərə görə sənədi olmayan əmlaklar tanına bilməz. İlk növbədə qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir. 


Çox güman ki, ilkin mərhələdə SSRİ dövründə əldə olunmuş sənədlər əsasında mülkiyyətlərin tanınması istiqamətində iş aparılacaq, siyahı genişlənəcək, lakin bunun üçün hüquqi normativlər dəyişilməlidir".

Qanunsuz tikililərin tanınması ilə bağlı sualı şərh edən ekspert bildirdi ki, bununla bağlı müxtəlif yanaşmalar və istiqamətlər olacaq:

“Prezidentin "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi" qaydaları ilə bağlı Fərmanı var. Lakin vətəndaşlar fərdi qaydada müraciət edə bilmirlər. Müraciətin əsaslandırılması üçün ərazinin planlanması nəzərə alınır.  Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən, 5 ildən bir ölkə üzrə ərazilərin şəhər planlamasına görə dəyişilməsi məsələsinə baxılmalıdır. 

Hazırkı qanun bu prosesin başlamasına əsas verir. Kütləvi şəkildə qanunsuz tikilinin olduğu ərazilərin yerli icra hakimiyyəti orqanları hökumətə müraciət etməlidir.

Bu istiqamətdə iş aparılıb-aparılmadığı qeyri-müəyyəndir. 
 

Qeyd etmək lazımdır ki, həmin ərazilərdə yaşayan vətəndaşlar üçün, yəni söhbət kənd təsərrüfatı təyinatlı özəl və icarədə olan mülkiyyətə sahib vətəndaşlardan gedir, onların probleminin həll olunması üçün fürsət yaranıb.


Lakin bu fürsətdən hansı dərəcədə istifadə olunduğu hələ ki bəlli deyil. Fikrimcə, aidiyyəti dövlət qurumları işə başlamaq üçün tapşırıq gözləyirlər. Qanunazidd ərazilərdə tikilən yaşayış məntəqələri-kommunikasiya, dəmir yolu xətlərinin keçdiyi  və s. ərazilərə isə heç bir halda amnistiya olmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

Sumqayıtda evdən cansız bədən TAPILDI

Sumqayıtda evdən cansız bədən TAPILDI

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

End of content

No more pages to load

RADİO