“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.

Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar. Açılış mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının təsis olunması ilə bağlı sənədlər imzalanıb.

Bu təşəbbüs bölgədə təhsil imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.

Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib. İlk panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə “Böyük Qayıdış: Çağırışlar və imkanlar” mövzusunda baş tutub.
 

Paneldə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər. Müzakirələr zamanı bölgədə iqtisadi inkişaf, təhsilin bu prosesdə rolu və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.


İkinci panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, eləcə də digər aparıcı özəl sektor nümayəndələri iştirak ediblər. Paneldə dövlət-özəl tərəfdaşlığının Qarabağın uzunmüddətli iqtisadi və sosial inkişafındakı rolu, yeni əməkdaşlıq mexanizmləri və bölgədə rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi imkanları müzakirə olunub.

Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışında qeyd edib ki, “Ən böyük istəyimiz odur ki, Qarabağ Universitetindən məzun olan gənclər sabah bölgənin iqtisadi və sosial inkişafında aparıcı rol oynasınlar. Təhsil ənənəvi biliklərlə yanaşı, texnologiya və innovasiya yönümlü olmalıdır ki, gənclərimiz dəyişən əmək bazarına tam hazır olsunlar. Kapital Bank olaraq biz bu prosesdə təkcə maliyyə əlçatanlığımızı yox, həmçinin peşəkar bilik və təcrübəmizi də bölüşməyə daim hazırıq”.

Qeyd edək ki, Kapital Bank uzun illərdir Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra təhsil layihələrini həyata keçirir.

Bankın təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim olunur, həmçinin bir sıra universitetlərdə Kapital Bank tədris otaqları istifadəyə verilib. Bu layihələr tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına, əmək bazarına daha hazırlıqlı olmalarına və innovativ mühitdə inkişaf etmələrinə dəstək göstərir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az, saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

Sumqayıtda evdən cansız bədən TAPILDI

Sumqayıtda evdən cansız bədən TAPILDI

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

End of content

No more pages to load

RADİO