İqtisadiyyat naziri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Sanjay Rana ilə görüşüb.

Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin, Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Hindistanla əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev ticarət əməkdaşlığının genişləndiyini, Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini qeyd edib. Ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb, hazırda investisiyaların təşviqi və qarşılıqlı qorunması Sazişi üzrə müzakirələr aparılır. Əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bildirən İqtisadiyyat naziri Hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən layihələr, tranzit imkanları, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi barədə məlumat verib.

İqtisadiyyat naziri gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bildirib. Sanjay Rana Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bundan sonra da iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Balakənin 21 şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden ilə təltif olundu - FOTO

Balakənin 21 şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden ilə təltif olundu - FOTO

İyulun əvvəli çoxlu pul qazanacaqlar - 3 şanslı BÜRC

İyulun əvvəli çoxlu pul qazanacaqlar - 3 şanslı BÜRC

Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

End of content

No more pages to load

RADİO