Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

"Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA-ya müsahibəsində deyib.

Xidmət rəisi bildirib ki, təhsil möhlətlərinin verilməsi qanunvericilikdə əks olunub:

"Akkreditasiyası olan, yəni həmin ölkədə təhsil fəaliyyəti ilə məşğul olan, lisenziyaya malik təhsil ocaqlarına qəbul olunmuş, orada əyani, yəni fiziki olaraq təhsil prosesində iştirak edən və müvafiq qaydada təhsil arayışına apostil verilmiş və Azərbaycan dilinə tərcümə olunan, həmçinin, notarial qaydada təsdiqlənmiş sənədləri qanunla nəzərdə tutulmuş vaxtda xidmətin yerli struktur bölmələrinə təqdim olunmuş şəxslərə təhsil möhlətləri verilir.
 

Təhsil möhlətlərinin verilməsində normalar mövcuddur, sadəcə, maariflənmək lazımdır. Bu mövzunu aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam. Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və ona təhsil möhləti verilir. Amma bəzi hallarda nə baş verir? Üç ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunurlarsa, bir gün, üç gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. Bir gündə, üç gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı? Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alırlar?


İnandırıram sizi, biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar. Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq".

Mürsəl İbrahimov xaricdə təhsil almaq arzusunda olan çağırışçılara və hərbi vəzifəlilərə çağırış edib:

"Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında ölkəmizdə tanınan təhsil ocaqlarının siyahısı dərc olunub. Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər.
 

Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Biz mütəmadi olaraq bu problemlə rastlaşırıq. Artıq xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır. Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də, oxuyan uşaqlar zərər görməsinlər.


Burada yeni normalar yaradılmalıdır. Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alırlar. Digəri isə arayış əsasında, sadəcə, vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox... Təkliflər artıq formalaşıb.

Hazırda normayaratma prosesi həyata keçirilməkdədir. Biz aidiyyəti qurumlarla bu məsələləri razılaşdırırıq. Tez zamanda normalarla bu prosesi tənzimləyəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

End of content

No more pages to load

RADİO