Balakənin 21 şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden ilə təltif olundu - FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi daim yüksək ehtiramla anılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbəyə imza atıb.

2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi sayəsində cəsur əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, qəhrəmanlıq salnaməsi yazıblar. Qəhrəmanlıq səlnaməsini davam etdirən Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-dan 20-dək Qarabağda lokal antiterror tədbirləri həyata keçirib.
 

Cəmi bir gün davam edən bu əməliyyat nəticəsində qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub. Beləcə, tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın bütün ərazisində suverenliyi bərpa edilib.


Torpaqlarımızın azadlığı və bütövlüyü, suverenliyimiz uğrunda şəhadət zirvəsinə ucalan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və onların xidmətlərinin layiqincə qiymətləndirilməsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Buna uyğun olaraq Silahlı Qüvvələri Günü münasibətilə Balakən rayonundan 21 nəfər Vətən müharibəsi şəhidi ordenlə təltif edilib. 

O da qeyd olunub ki, bütün ölkəmizdə olduğu kimi Balakən rayonunda da şəhidlərin xatirəsinin uca tutulması və ailələrinə diqqət göstərilməsi dövlət səviyyəsində prioritet təşkil edir. Rayonda mütəmadi olaraq xatirə tədbirləri keçirilir, Şəhidlər Xiyabanı ziyarət olunur və şəhid ailələrinin sosial məişət qayğıları yerində araşdırılaraq həll edilir.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.












































Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

End of content

No more pages to load

RADİO