Kürdəmirdə 28 yaşlı kişi 3 bıçaq xəsarəti alıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb. Belə ki, kənd sakini Quliyev Ülvi Teymur oğlu naməlum şəraitdə 3 bıçaq xəsarəti alıb.
Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu