Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

İyunun 27-də Azərbaycan Milli Kitabxanasında Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzani ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Vatikan arasında kitabxanaçılıq, arxiv işi və elmi-mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

O qonaqlara Milli Kitabxananın fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, kitabxananın fondunda 5 milyona yaxın sənəd mühafizə olunur, elektron informasiya resurslarından istifadə edən onlayn oxucuların sayı 10 milyondan çoxdur, hər il isə 330 mindən artıq oxucu kitabxanadan istifadə edir.

O, həmçinin vurğulayıb ki, Milli Kitabxana dünyanın 65 milli kitabxanası ilə əməkdaşlıq memorandumu imzalayıb və 90-dan artıq ölkə ilə beynəlxalq kitab mübadiləsi həyata keçirir.

Direktor Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsini Azərbaycanın mədəni irsinin qorunması və zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə olduğunu qonaqların nəzərinə çatdırıb.

Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi Azərbaycan Milli Kitabxanasında olmaqdan böyük məmnunluq duyduğunu bildirərək kitabxananın zəngin fonda, qədim əlyazmalara və müasir informasiya imkanlarına malik nüfuzlu elm və mədəniyyət ocağı olduğunu qeyd edib.
 

O ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladıb. Vurğulayıb ki, Azərbaycana cari səfəri çərçivəsində müxtəlif dövlət, elm və mədəniyyət müəssisələrinin nümayəndələri ilə məhsuldar görüşlər keçirilib. O, Azərbaycanın tarixi-mədəni irsinə, eləcə də türk xalqlarının irsinə aid qiymətli əlyazmaların müəyyənləşdirilməsi, bərpası, qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən birgə layihələrin uğurla davam etdiyini qeyd edib.


O, həmçinin, Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasında maraqlı olduqlarını vurğulayaraq, bu sənədin gələcək birgə elmi, kitabxanaçılıq və arxivçilik layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Daha sonra nümayəndə heyəti kitabxananın mütaliə zallarını, Beynəlxalq əməkdaşlıq zalını, Nadir kitablar və Kitabxana muzeyi şöbəsini, həmçinin Not nəşrləri və səsyazmaları şöbəsini gəzib. Onlar müxtəlif ölkələrin ədəbiyyat guşələri, qədim və nadir nəşrlər, miniatür kitab kolleksiyası, qiymətli eksponatlar, eləcə də Petrucci Musiqi Kitabxanası ilə tanış olublar.

Nümayəndə heyətinə müəllif hüquqlarına riayət edilməklə Azərbaycan Milli Kitabxanası tərəfindən 450-dən artıq not nəşrinin bu beynəlxalq rəqəmsal musiqi kitabxanasına daxil edildiyi nümayiş etdirilib.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

End of content

No more pages to load

RADİO