Bakıda TDT-yə üzv ölkələrlə mühüm toplantı KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının birinci toplantısında iştirak edib.

AMB-dan Bizim.Media-ya bildirilib ki, toplantı Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun və Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin salamlama nitqi ilə başlayıb.

AMB sədri Taleh Kazımov çıxışı zamanı Azərbaycanda mövcud iqtisadi inkişaf trendləri barədə məlumat verib və pul siyasətinin ötürücülüyünün artırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən təşəbbüslərdən danışıb.

O, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal valyutanın inkişafı istiqamətində AMB tərəfindən atılan mühüm addımları diqqətə çatdırıb.
 

Taleh Kazımov Türk Dövlətləri Təşkilatının regional və qlobal əhəmiyyətli platforma kimi ölkələr və mərkəzi banklar arasında səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcəyinə dair əminliyini ifadə edib.


Sədr çıxışının sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısının Bakı şəhərində keçiriləcəyi barədə məlumat verib.

Toplantıda Qırğız Respublikasının Milli Bankının sədri Melis Turqunbayev, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov və Macarıstan Mərkəzi Bankının icraçı direktoru Qabor Szöksün də çıxışları baş tutub.

Toplantı çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının sədrlərini qəbul edib.

Xatırladaq ki, ötən ilin noyabr ayında AMB sədrinin iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın yaradılmasına dair Memorandumun imzalanma mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrləri tərəfindən imzalanan Memorandumun əsas məqsədi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.
 

Qeyd edək ki, məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr və tədqiqatlar həyata keçirməkdir.


Şura regional iqtisadi dayanıqlılığın gücləndirilməsinə, maliyyə sabitliyinin möhkəməndirilməsinə və üzv ölkələr arasında bilik mübadiləsinin təşviqinə dəstək verəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

End of content

No more pages to load

RADİO