Ərəb ölkələri Türkiyəyə imkan verməyəcək: Bir yol var!

Dünya elə bir nöqtəyə gəlib çatıb ki, köhnə formatlar artıq işləmir, yeniləri isə hələ qurulmayıb. Yeni dünya düzəninin sancılı “doğuşunu” izləyirik. BMT, ATƏT, AB, AŞ, hətta NATO və s. kimi beynəlxalq qurumlar “siyasi impotentə” çevriliblər, beynəlxalq hüquq kağız üzərində qalıb, gücün haqlı, çox zaman haqlının gücsüz olduğu dövrdəyik.

Bizim.Media xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.

Onun fikrincə, yaxın zamanlarda dünyada yeni “oyun qaydaları” müəyyənləşəcək, çox güman, hətta BMT-nin formatı, qərarvermə mexanizmləri dəyişə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı da arta bilər:

“Pararlel olaraq yeni hərbi, siyasi və iqtisadi ittifaqlar da yaranmaq üzrədir. Cəmi bir neçə il əvvəl ağlımıza da gəlməyən situativ ittifaqlar qurulur-qurulacaq. Dünya geosiyasi paradiqmadan, geoiqtisadi və geocoğrafi paradiqmaya keçir, müttəfiqlik anlayışı orqanik təməllər mövcud olanda işlək mexanizmə çevrilir.
 

Türkiyə Prezidenti Ərdoğan azı 15 ildir ki, “Dünya 5-dən böyükdür” şüarını müdafiə edir, mənası da BMT TŞ-nın 5 daimi üzvünün artıq reallığı əks etdirmədiyini elan etməkdir. Doğrudan da, 1,5 milyard əhalisi, dinamik inkişaf sürəti olan Hindistan, 1,6 milyard müsəlman dünyası, 1,5 milyard nüfuzu olan Afrika, 700 milyona yaxın əhalisi olan Latın Amerikası ölkələri var ki, onlar öz təmsilçiliyinin olmadığından narahatdılar.


Bir anlıq düşünək ki, razılaşma olur, BMT TŞ-nın səlahiyyətini yüksətməklə, sayı da artırılır – yaxşı, illərdir bu məsələni dünya gündəminə gətirən Türkiyə o formatda təmsil oluna biləcəkmi?! Çünki bizim Azərbaycan olaraq marağımız Türkiyənin dünyada nüfuzunun və təsirinin artmasıdır. Bəlkə də buna görə Türkiyə həm də müsəlman dünyasının lideri olmağa çalışır – sadəcə, mənim şəxsi fikrimə görə, bu, olan iş deyil, Türkiyəyə, Türk Dövlətləri Birliyinə əlavə xərc və güc sərfi gətirir.

Gələk rəqəmlərə:

1. 22 ölkəni əhatə edən Ərəb Dövlətləri Liqası var (əslində 23-dür, sadəcə 1 dövlət hamı tərəfindən tam tanınmayıb), ərazisi 13 milyon kv.km, əhalisi 375 milyon nəfərdir;

2. Bu 22 ölkənin də daxil olduğu və 57 dövləti birləşdirən İslam Konfransı Təşkilatı mövcuddur – quruma daxil olan ölkələrin ərazisi 32 milyon kv.km, əhasili isə 1,6 milyard nəfərdən çoxdur (rəsmi rəqəmlərdə 1,9 milyard göstərilir, amma dəqiqləşdirmələrə ehtiyac var).

Sabah müsəlman əhalisi çox olan ölkələrin BMT TŞ-a nümayəndə göndərməsinə qərar verilsə, sizcə, Türkiyə 57 dövlətin çoxunun səsinə ala, azı 29-30 ölkənin dəstəyini qazana biləcəkmi?!

Təəssüf ki, yox, ərəb ölkələri Türkiyəni çox qısqanır. Bundan başqa müsəlman dünyası sayılan ölkələrin böyük əksəriyyəti ya Londona, ya Vaşinqtona o qədər bağlıdırlar ki, onlarsız səs verməzlər. Daha bir məsələ məzhəbçilikdir ki, bu da islam dünyasının birliyinə mane olub-olur, təssüf ki, olacaq.
 

Yaxşı, indiki dünyada ölkələri, və ya ittifaqları hörmətə mindirən, hesablaşmağa məcbur buraxan amil – güc amili müsəlman dünyasında mövcuddurmu?! Məncə yox, yəni, heç vaxt, obrazlı desək, “Ərəb NATO-su”, və ya “Müsəlman NATO-su” qurulmayacaq. Çünki əsrlərə söykənən, xaricdən “genlərə” yeridilən daxili düşmənçiliklər və rəqabət var.


Bu mənada Türk Dövlətləri Təşkilatı daha orqanik görünür, doğrudur, təşkilata daxil olan ölkələrin ərazisi cəmi 4 milyon kv.km, əhalisi isə 180 milyon nəfərə yaxındır, amma daha ciddi bağlara malik, təbii müttəfiqlik perspektivi olan qurumdur.

Biz hələ bu gücü, perspektivi tam anlamırıq, amma dünyanın güc mərkəzləri anlayır – məsələn, AB-Orta Asiya sammiti açıq göstərdi ki, TDT üzvlərini ayrı-ayrı orbitə cəlb etmək və öz gündəlikləri çərçivəsinə salmaq daha rahat yoldur, çünki TDT hələ “ətə-qana” gəlməyib, hələ inteqrasiya modelləri oturuşmayıb, hələ özümüz öz gücümüzü dərk etməmişik. Güc isə həm də hərbi potensialdadır – TDT bəlkə də dünyada yeganə qurumdur ki, “Türk NATO-su”nu yarada, bütün dünyanın hesablaşmağa məcbur ola biləcəyi güc mərkəzinə çevrilə bilər.

Ona görə də, məncə, qardaş Türkiyə bir qərar verməlidir – ya islam, ya da türk dünyasının lideri arasında seçim etməlidir.

Bu o demək deyil ki, dini dəyərlərimizdən vaz keçməli, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq etməməliyik - əsla yox, sadəcə enerjimizi heç vaxt mümkün olmayacaq islam birliyi ideyasına xərcləməkdənsə, Türki Dövlətləri Birliyinin dünya miqyasında hamının hesablaşa bilcəyi güc mərkəzinə çevirmək üçün xərcləməliyik. Bu ağır, uzun, amma ciddi perspektivləri olan yoldur, bunun üçün ümumi hədəfləri anlaya biləcək yeni siyasi elita da formalaşmalıdır – bu məqsədə çatmağın ən optimal yolu isə TDT-nin elitasını yetişdirə biləcək yeni, çox güclü unversitetin yaradılmasıdır.
 

Bundan başqa, TDT-nin gənclərini birləşdirəcək işlək quruma acil ehtiyac var, o qurum ildə 4-5 dəfə böyük tədbirlər keçirməli, təşkilata daxil olan ölkələrin gənc, perspektivli insanları arasında körpü rolunu oynamalıdır.


Bu gün təəssüf ki, əsasən də Orta Asiya respublikalarının elitası daha çox “rus düşüncəlidir”, onların “türk düşüncəli” olması işi bu gün başlamalıdır ki, bir neçə ildən sonra “meyvələrini” dərə bilək...”. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

End of content

No more pages to load

RADİO