Çindən gətirilən avtomobillərlə bağlı problemli VƏZİYYƏT – Gecikmələrə SƏBƏB NƏDİR?

Bu ilin ilk 8 ayında Azərbaycana 1 milyard 482 milyon 242 min manatlıq avtomobil və onların ehtiyat hissəsi gətirilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,61 faiz çoxdur.

Maraqlıdır ki, əvvəllər ölkəmizə minik avtomobilləri əsasən Gürcüstandan və Avropadan gətirilirdisə, hazırda mənzərə tamamilə dəyişib. Hazırda ölkəmizə ən çox avtomobillər Çindən, Cənubi Koreyadan və Yaponiyadan gətirilir. Amma nədənsə son 2 ayda Çindən avtomobillər mənzil başına vəd olunduğu vaxtdan gec çatdırılır.

Nə baş verir?
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstandan Azərbaycana avtomobil ixracında KƏSKİN AZALMA


Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, son zamanlar Çindən ölkəmizə avtomobil idxalı statistikasında artımlar var:

“Xüsusən də, elektromobillərin sayı çoxalıb. Bu da təsadüfi deyil. Çünki Çin elektromobillərin istehsalında liderdir. Bu ölkədən Azərbaycana avtomobillər 3 marşrut üzrə gətirilir. Birinci marşrut cənubdan İranın Bəndərabad limanından keçməklə gətirilir. Amma Yaxın Şərqdə davam edən müharibə bu marşrutun rentabelliyini aşağı salıb. Ona görə də bu marşrut üzrə gətirilən avtomobillərdə gecikmə olur. İkinci yol Orta Asiyadan keçərək Xəzər dənizi üzərindən Azərbaycana gələn yoldur. Bu yol çox sərfəli olduğu üçün sıxlıq var. 

Nəzərə alsaq ki, Çin-Avropa ticarət dövriyyəsinin xeyli hissəsi məhz Orta Dəhlizin Cənub marşrutu ilə reallaşır. Ona görə də bu dəhliz üzərindəki sıxlıq bəzi hallarda yubanmalara səbəb olur. 

Üçüncü yolsa Qazaxıstan-Rusiya marşrutudur. 

Bax, son aylarda bu marşrut üzrə ciddi problemlər yaşanır. Son 2 ayda Rusiya sərhədçiləri Azərbaycan gətirilən çox sayda avtomobili saxlayıblar. Bəhanə də odur ki, hansısa sənəddə uyğunsuzluq var. Bu və digər səbəbdən də Samux keçid məntəqəsində problemlər yaranır. Nəticədə, avtomobillər vəd olunduğu vaxtda mənzil başına çatdırılmır. 

Yəni son zamanlar gecikmə əsasən şimaldan gətirilən avtomobillərdə olur. Bunun da günahkarı Rusiya tərəfidir. Onların bu məsələdə hansısa maraqları var. Nəzərə alaq ki, əvvəllər gecikmələr ən pis halda 1 həftə, 10 gün olurdu. Amma indi gecikmələr bəzən bir aya qədər uzanır”. 

“Problem təkcə Çindən avtomobillərin gətirilməsində yaşanmır”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə qeyd edib ki, hal-hazırda dünyanın tranzit-kommunikasiya sistemlərində müəyyən dəyişikliklər gedir: 

Məhz gömrük rejimlərinin dəyişməsi səbəilə bütn daşımalarda gecikmələr olur. Konkret olaraq Çindən gələn avtomobillərdən danışırıqsa, onu deyə bilərəm ki, Çindən avtomobillər MDB ərazisinə qatarla gətirilir. Daha sonra isə tranzit xərcindən qaçmaq üçün avtomobili sürərək Azərbaycan sərhəddinə çatdırırlar. Bilirsiniz ki, Azərbaycan sərhəddində şəxsi avtomobillə giriş-çıxış qadağan olduğu üçün gətirilən avtomobillər yenidən TIR-lara yüklənir.

Bu proses isə bəzən günlərlə çəkir. Ona görə də avtomobillər vəd olunan vaxtda mənzil başına çatdırılmır.

Qeyd edim ki, təkcə Çindən yox, başqa ölkələrdən sifariş edilən avtomobillərin mənzil başına çatdırılmasında problem yaşanır. Məsələn, ABŞ avtomobil ixracına məhdudiyət qoyub. Ona görə də daha əvvəlki kimi ABŞ-dan rahatlıqla avtomobil çıxartmaq mümkün deyil. Bu da çatdırılmada gecikmələrə səbəb olur”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

End of content

No more pages to load

RADİO