Özündən xəbərsiz kartından 800 manatlıq alış-veriş EDİLDİ – “Kapital Bank” müştərinin təhlükəsizliyini niyə təmin etməyib?

Online alış-verişlərdə dələduzluq riskləri çoxdur. Son dövrlərdə isə bu cür hallar daha da artıb. 

Belə ki, ötən həftə bir qadının kartından “Stradivarius” mağazasından 800 manatlıq alış-veriş edilib. Sosial şəbəkələrdə narahatlığını ifadə edən xanım bildirib ki, pul Kapital Bank kartından çəkilib və ona təhlükəsizlik SMS-i gəlməyib. Buna görə də, kartından pul çəkilməsinin qarşısını ala bilməyib. Ümumiyyətlə, təhlükəsizlik kodunun gəlməməsi ilə bağlı şikayətlər kifayət qədərdir.

Buna səbəb nədir? 

Məsələ ilə bağlı Kapital Bank Bizim.Media-nın sorğusunu cavablayıb. Bildirilib ki, kodun göndərilməməsi vəsaiti qəbul edən tərəflə bağlıdır.

“Bütün Kapital Bank kartlarında 3D təhlükəsizlik xidməti mövcuddur. Ödəniş zamanı vəsaiti qəbul edən tərəfin ödəniş sistemi 3D təhlükəsizlik xidmətini dəstəklədiyi halda müştəriyə təsdiq üçün birdəfəlik kod göndərilir. Qarşı tərəf tələb etdiyi halda və mobil operatorda heç bir çətinlik yoxdursa, müştəri anında 3D təhlükəsizlik kodunu əldə edir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Kartda olan pullarımızı necə qoruyaq? - VİDEO


Bəs bank müştərilərin təhlükəsizliyini necə təmin edir? 

Kapital Bankın mətbuat xidmətinin verdiyi açıqlamaya görə, bu mövzuda bank mövcud qanunvericiliyə, requlyativ tələblərə və beynəlxalq təcrübələrə istinad edir: 

“Dələduzluq əməliyyatlarının qarşısının alınması məqsədilə Kapital Bank-da fasiləsiz olaraq günün 24 saatı rəqəmsal əməliyyatların monitorinqi həyata keçirilir. Əməkdaşlarımız tərəfindən dələduzluq risklərinin və insidentlərin aşkarlanması, monitorinqi və aidiyyəti qurumlarla koordinasiyası aparılır. Şübhəli və dələduzluq nəticəsində baş verən əməliyyatların qarşısı alınaraq müştərilərimizin mümkün maliyyə itkilərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür”.

İnsanların dələduzlardan qorunması yönündə maarifləndirmə işləri aparılırmı?

Kapital Bankın mətbuat xidmətindən bildirilib ki, bank tərəfindən tədbirlər görülsə də, vacib məqam odur ki, təhlükəsizliyin təmini üçün banklarla müştərilər birlikdə addımlamalıdırlar. 

“Müştərilərimizdən etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodunu – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D təsdiqləmə OTP (birdəfəlik şifrə) təhlükəsizlik kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar və digər qurumlar  adından hazırlanaraq dələduzlar tərəfindən təqdim olunan  videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik. Bununla yanaşı, saxta veb-linklərə keçid etmək, həmin linklərdə kart məlumatlarını yerləşdirmək, müxtəlif sosial şəbəkələrdə asan qazanc əldə etməyi vəd edənlərə inanmaq olmaz”. 

Dələduzluqla qarşılaşan şəxs ilk olaraq nə etməlidir?

Kapital Bankdan o da bildirilib ki, kartından pul çəkildiyinin fərqinə varan insanlar ilk olaraq kartlarını bloklamalıdırlar:

“Yaxud bankla əlaqə saxlamalıdırlar. Əlaqə üçün ən yaxın filiala yaxınlaşmaq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etmək olar. Müraciətin ardından bank dərhal kartın, ona bağlı ApplePay /GooglePay üzrə tokenlərin və ya müştərinin mobil bankçılıqa bağlı istifadəçi profilinin bloklanmasını təmin edir. 
 

Daha sonra müştəri həmin silinmələri banka bəyan etməli, əməliyyatın özü tərəfindən aparılmadığına dair iddia qaldırmalıdır. Qarşılığında isə bank həmin iddianı qəbul edərək Mərkəzi Bank-ın direktivləri və prosedurlarına, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və daxili prosedurlara uyğun olaraq araşdırmanı başlayır və araşdırmanın nəticəsi haqqında müştəriyə məlumat verir. 


Bu, individual məsələ olduğundan bəzi hallarda müştəridən filiala gəlmək, əlavə sənədləri təqdim etmək və ya prosedurlara əsasən müvafiq ərizələrin yazılması, hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş oluna bilər”.

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

12 yaşlı uşaq kanalda batdı

12 yaşlı uşaq kanalda batdı

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

End of content

No more pages to load

RADİO