“Yaşıl enerji”nin artan rolu, “qara qızıl”ın enən qiyməti... – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə enerji bazarlarında bir sıra maraqlı məqamlarla yadda qaldı. Belə hal daha çox özünü qlobal bazarlardakı hadisələrdə özünü göstərdi, yəni deməyim odur ki, enerji daşıyıcılarının qiyməti enişli-yoxuşlu yolu hələ davam etməkdədir.  Bu isə ona bağlıdır ki, qeyri-stabillik şəraitində bazarlarda oturuşmuş hansısa qiymət ətrafında ticarət sadəcə xülyadır.

Qlobal bazarlar

Neft qiymətləri iki həftə ərzində xeyli qiymət itirmişdi. Bunu sadəcə London Əmtəə Birjasında ticarət edilən Brent markalı neftin hərrac qiymətlərinə baxdıqda görmək mümkündür. Son bir ayın nəticələrinə diqqət yetirsək, avqustun 15-də Brent markalı neftin  qiyməti 81 dollardan baha satıldığı halda, bir həftə sonra 76 dollaradək eniş etmiş, daha sonra avqustun 26-də 81,58 dollar həddinədək artmışdı. Bundan sonra hərraclarda qiymətin daimi enişi ona gətirib çıxartmışdı ki, müştərilər “qara qızıla” sentyabrın 10-da 69 dollardan aşağı bir qiymət təklif etmişdilər. Bu həftənin ilk hərracında Brent 71,84 qiyməti ilə bağlanmışdısa, həftənin sonuncu hərracı cümə günü 71,61 dollar göstəricisi ilə yadda qaldı. Son 1 ayın ortalama nəticələrini müqayisə etdikdə isə neft dünya bazarlarında öz dəyərini təqribən 13% itirib.

Mavi yanacağın Avropa bazarlarında satış qiymətlərinə gəldikdə isə Niderlanddakı TTF qovşağında 1000 kubmetr qazın təhvil qiyməti həftə ərzində 425 dollardan 415,7 dollaradək ucuzlaşdı. Bunun əsas səbəbi klimatik faktorlara bağlı idi. Çünki mülayim hava şəraiti davam edib, bundan əlavə elektrik enerjisi üçün qaza hansısa əlavə tələbat yaranmayıb, mavi yanacaq əsasən payız-qış mövsümündə istifadə məqsədi üçün yeraltı qaz anbarlarına vurulub və qaz anbarların ümumi həcminin artıq 93%-i doldurulub. “Gas Infrastructure Europe” təşkilatının sentyabrın 10-nun yekunları üzrə məlumatına görə, Avropadakı yeraltı qaz anbarlarında artıq 103 milyard kubmetr ehtiyat var və bazara neqativ təsirlərlə bağlı hansısa təhlükə yoxdur. Həmçinin külək və günəş elektrik stansiyalarının elektrik istehsalı da sentyabrın əvvəlindən artım nümayiş etdirir və elektrik enerjisinin istehsalında “yaşıl enerjinin” xüsusi çəkisi Avropa Birliyi ölkələri üzrə ortalama 16%-dək yüksəlib (avqustda 14% olub).

Bu kimi faktorlar isə qazın satış qiymətində özünü göstərir. Belə ki, avqust ayı üzrə qazın 1000 kubmetrinin orta qiyməti 437 dollar təşkil etmişdisə, sentyabrın ilk dekadasının nəticələrinə görə orta qiymət 418 dollara qədər ucuzlaşıb.  

Qaz qiymətlərinin son iki ayda 400 dollardan yüksək olması isə istehsalçılar üçün heç də pis deyil. Çünki ilin birinci yarısında bu göstərici 366 dollar olmuşdu. Yəni investisiya imkanlarını genişləndirmək barədə düşünmək olar. Belə bir təklif Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) də gəlib. Özü də Avropadan.

SOCAR-a şəhərin qazlaşdırılması təklifi

Bolqarıstanın “Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatı SOCAR ilə birlikdə ölkənin Panaqyurişte şəhərinin (Pazarcik əyalətində, Sofiyadan 91 km şərqdə yerləşir) qazlaşdırılmasını həyata keçirməyi planlaşdırır.

Bu barədə açıqlama verən kombinatın icraçı direktoru Nikolay Peltekov bildirib ki, “biz SOCAR ilə birlikdə şirkətimizin yerləşdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsini hazırlayırıq”. Onun sözlərinə görə, artıq 2025-ci ildə bu bələdiyyənin inzibati mərkəzi olan Panaqyuriştenin birgə qazlaşdırılmasına başlanması planlaşdırırılır.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi yaşayış evlərinin əsasən bərk yanacaqla (kömürlə) qızdırıldığı regiona son dərəcə müsbət təsir göstərəcək.

Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəssisələrinə, o cümlədən “Asarel Medet” kombinatına birbaşa qaz tədarükünə başlayıb: “Biz strateji tərəfdaşımız olan SOCAR-ın uzunmüddətli perspektivdə bizi rəqabətqabiliyyətli qiymətlərlə qazla təmin edəcəyini gözləyirik”.

Qeyd edək ki, “Asarel Medet” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir. Bu il mayın 8-də SOCAR və “Asarel Investment” (“Asarel Medet” kombinatının törəməsi) arasında Anlaşma Memorandumu imzalanıb.

İndiyə qədər SOCAR Azərbaycan sərhədlərindən kənarda qazlaşdırma və istehlakçılara qaz paylanmasını Gürcüstanda və Türkiyədə həyata keçirir. Yəni Bolqarıstanda bu işin davam etdirilməsi onun Avropada ilk qazlaşdırma və qaz paylanması layihəsi olacaq. Bundan əlavə, SOCAR-a eyni təkliflə Albaniya hökuməti də müraciət edib və hazırda bu təklif kommersiya nöqteyi-nəzərindən qiymətlədirilmə mərhələsindədir.

Qaz mövzusunu davamı olaraq bu həftə Azərbaycanın rəsmi orqanlarının açıqladığı statistika üzərində dayanmaq istərdim.

TAP-ın genişləndirilməsinə başlanılır

Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasında xüsusi yeri olan Trans-Adriatik Qaz Kəmərinin (TAP) gələn həftədən genişləndirilməsi işlərinə başlanılacaq. Sentyabrın 19-dan başlayacaq işlər ayın sonuna qədər davam etdiriləcək. Bu zaman TAP-ın Trans-Anadolu Qaz Kəməri (TANAP) ilə birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi birləşmə nöqtəsində  infrastruktur işləri aparılacaq.

“TAP AG” boru kəməri şirkəti bildirib ki, kəmərin genişləndirilməsi çərçivəsində planlaşdırılan infrastruktur işləri bu boru kəməri vasitəsilə nəql edilən qazın həcminə təsir göstərməyəcək.

Xatırladım ki, 2021-ci ildə aparılmış bazar sınaqlarının nəticələrinə əsasən, 2026-cı il yanvarın 1-nə qədər TAP boru kəmərinin ötürmə qabiliyyətini illik daha 1,2 milyard kubmetr artırmağa imkan verəcək öhdəliklər götürülüb. Sentyabrda boru kəməri üzərində aparılacaq işlər də həmin layihənin həyata keçirilməsi yönümündə atılan addımlatın bir hissəsidir. Bu məqsədlə  TANAP-la TAPöın birləşmə nöqtəsində mövcud kompressor stansiyasında əlavə olaraq 15 MVt gücündə 1 kompressor aqreqatı quraşdıracaq və buradakı avadanlığı modernləşdiriləcək. Qaz kəmərinin genişləndirilməsi layihəsinin birinci mərhələsi TAP səhmdarlarının öz vəsaiti hesabına maliyyələşdirilir və layihənin büdcəsi təxminən 132 milyon avrodur.

Qaz statistikamız  

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, cari ilin səkkiz ayında ölkədə 33 milyard 30,4 milyon kubmetr qaz hasil edilib (artım 2,6% və ya təqribən 800 milyon kubmetr). Bu dövrdə əmtəəlik qaz (yəni satılan qaz) həcmləri isə 25 milyard 122,8 milyon kubmetr təşkil edib (artım 4,1%).

Öz növbəsində AR Energetika nazirliyi hasil edilən qazın hansı mənbələr hesabına əladə edildiyini açıqlayıb:   yanvar-avqust aylarında SOCAR 5,1 milyard kubmetr qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi bir il öncəki göstəricidən 7 milyon kubmetr və ya 12,1 % azdır.

Bundan əlavə bildirilir ki, hasil edilən qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG, hasilat 1,2% və ya 100 milyon kubmetr artıb) yataqlar blokundan, 18,1 milyard kubmetri “Şahdəniz” yatağından (artım 2,8% və ya 500 milyon kubmetr), 1,1 milyard kubmetri isə “Abşeron” yatağından hasil olunub.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 sentyabr 2024-cü il tarixinədək 452,2 milyard kubmetr qaz hasil edilib ki, bunun da 225 milyard kubmetri AÇG-nin, 227,2 milyard kubmetri isə “Şahdəniz”in payına düşüb.

Beləliklə, “Şahdəniz” yatağından hasil edilən qaz həcmləri 2024-cü ilin avqustunda AÇG-dən indiyə qədər çıxarılan qaz həcmlərini üstələyə bilib.

Həmçinin, cari ilin səkkiz ayında Azərbaycan xarici bazarlarda 16,4 milyard kubmetr qaz satışını həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,% çoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.  

Mübahisəli “yaşıl enerji” statistikası

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19 milyard 235,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Öz növbəsində energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki,  Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub. Nazirin bildirdiyinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu 14% mənə bir qədər böyük göstərici təsiri bağışladı. Ona görə də nədən nazirin belə qənaətə gəlməsini araşdırmağa başladım.

Energetika nazirliyinin statistikasına görə, səkkiz ayda istilik-elektrik stansiyalarında 16 463,6 mln. kVt/saat, su elektrik stansiyalarında 2 138,4 mln. kVt/saat, külək elektrik stansiyalarında 37,9 mln. kVt/saat, günəş elektrik stansiyalarında 424,3 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

Qeyd edim ki, suyun, gunəşin və küləyin enerjisini elektrikə çevirən zaman yanma olmadığından atmosferə karbon qazının atılması da baş vermir. Ona görə də bu enerji növlərini təbiətə hansısa neqativ təsir göstərmədiyindən “yaşıl enerji” adlandırırlar.

Amma bunu Balaxanıdakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna aid etmək düzgün olmaz. Orada yandırılma qapalı şəraitdə baş versə də, amma yanma, ətrafa az da olsa zərərli maddələrin tullantısı baş verir. Çünki zavodun adında olduğu kimi yanma hadisəsi var.

Bu baxımdan real olaraq, cari ilin səkkiz ayında “yaşıl enerji”nin Azərbaycanda istehsal edilən elektrik enerjisindəki payı 13,52% təşkil edib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

End of content

No more pages to load

RADİO