Azərbaycanın “yaşıl enerji”si Avropa və Asiyanın diqqət MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yayın son həftəsi ölkəmizin enerji həyatında bir sıra maraqlı məqamlarla diqqəti çəkdi, əsasən də “yaşıl enerji” sahəsində reallaşdırılan layihələr, həmçinin bu sahəyə xaricdən olan diqqətlə. Çünki Azərbaycan enerji sektorunda məhz elektroenergetika sahəsində ilkin olaraq bazar iqtisadiyyatı relsləri üzərinə keçid etmək niyyətini ortaya qoyub. Belə bir hal isə xarici şirkətlərin Azərbaycanda  elektrik enerjisi istehsal etmək və bundan yararlanmaq arzularını get-gedə artırır. Yaşıl enerji ilə yanaşı mavi yanacağımıza olan diqqət də əhəmiyyətli dərəcədədir.

Məhz bu səbəbdən də ölkəmizə Almaniya hökumətinin nəzarətində olan “Uniper” şirkətinin böyük heyətlə Bakıya səfəri diqqət mərkəzində oldu.

Almaniya-Azərbaycan enerji əməkdaşlığı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Uniper” şirkəti arasında enerji biznesi ilə bağlı geniş spektrli mövzular üzrə mövcud strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa arasında keçirilən görüşdə bildirilib. Söhbət zamanı şirkətlər arasında “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə sazişin uğurla həyata keçirildiyi vurğulanıb və qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər həmçinin enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Almaniya şirkətinin nümayəndə heyətini həmçinin Azərbaycan Energetika Nazirliyində qəbul edib. Tərəflər “mavi hidrogen” texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə keçirilən görüşdə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qaz təchizatı, enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, enerji səmərəliliyi, enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və perspektiv imkanlar müzakirə edilib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması, yaşıl enerji potensialı, istehsalı və ixracı məsələlərindən bəhs olunub, bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın yaşıl enerji sahəsi üzrə hədəflədiyi planlar və təşəbbüslər barədə məlumat verilib.

Müzakirə zamanı yaşıl hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, yaşıl hidrogenin istehsalı və saxlanılması, eləcə də “mavi hidrogen” texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin əməkdaşlıqdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR-Tatneft əməkdaşlığı

Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Tatneft” səhmdar cəmiyyəti sürtkü materiallarının istehsalı üzrə birgə müəssisə yaradılması layihəsi üzərində işləyir. Bu barədə “SOCAR RUS” MMC-nin (SOCAR-ın Rusiyada fəaliyyət göstərən törəmə müəssisəsi) baş direktoru Rüfət Mahmud məlumat verib.

“SOCAR “Tatneft”lə sıx əməkdaşlıq edir. Tərəflər artıq iki Yol Xəritəsi imzalayıblar. Söhbət neft məhsullarının ticarəti və emalı üzrə birgə müəssisələrin yaradılması ideyalarından gedir. Sürtkü materiallarının birgə istehsalı ilə bağlı məsələlər müzakirə olunur”, - R.Mahmud bildirib.

O, əlavə edib ki, bu cür istehsal Azərbaycan və ya üçüncü ölkələrin ərazisində təşkil oluna bilər.

“Bunun üçün Rusiya bazarı nəzərdən keçirilmir. Çünki burada bazar artıq keyfiyyətli məhsul istehsal edən yerli istehsalçılar tərəfindən kifayət qədər dolğun təmsil olunub”, - baş direktor vurğulayıb.

SOCAR nümayəndəsi əlavə edib ki, Rusiyanın “SIBUR” şirkəti ilə də analoji planlar var

“Rəqiblərlə həm dost olmaq, həm də ünsiyyət qurmaq lazımdır və biz çox şey öyrənirik. Bizim çoxlu birgə təşəbbüslərimiz var. Bura istehsalın rəqəmsallaşdırılması və neft-kimya məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi daxildir. Eyni zamanda, yeni bazarlara birgə çıxış imkanları da nəzərdən keçirilir”, - “SOCAR RUS”un rəhbəri bildirib.

Xatırladaq ki, 2023-cü ilin noyabr və 2024-cü ilin may aylarında SOCAR və “Tatneft” arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığa dair Yol xəritələri imzalanıb.

Neft çıxan ilk yatağımız

Bu həftə SOCAR-ın “Azneft” İstehsalat Birliyində “Bibiheybət” yatağının gələcək perspektivləri müzakirə edilib. “Azneft”in baş direktoru Əli Qurbanovun iştirakı ilə “Bibiheybətneft” Neft-qazçıxarma İdarəsinin istehsalat sahələri və yeni salınan yaşıllıq zonalarına baxış keçirilib və yatağının gələcək perspektivləri araşdırılıb.

Bu yatağın Azərbaycanın neft tarixində xüsusi yeri var. Belə ki, Bakı şəhərindən 2 km cənub-qərbdə yerləşən “Bibiheybət” yatağının eni 3 km, uzunluğu isə 5,5 km-dir. 1846-cı ildə dünyada ilk dəfə olaraq, sənaye üsulu ilə ilk neftin Bibiheybətdə çıxarılması tarixi mənbələr, xüsusilə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər əsasında sübut olunub.

Həmin ilin yanvarında “Bibiheybət” yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da, dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

Yatağın quru sahəsinin işlənməsinə 1873-cü ildən, dəniz sahəsinin işlənməsinə isə 1938-ci ildən start verilib. SOCAR-ın rəsmi məlumatına görə, “Bibiheybət” yatağının təsdiq olunmuş sonuncu neft və qaz ehtiyatlarının təkrar hesablanması 1952-ci ildə aparılıb və ötən müddət ərzində burada çoxlu sayda yeni quyular qazılıb. 2003-cü ildən yataqda mikrobioloji təsir həyata keçirilməyə başlanıb. Bu üsulla təsirin əvvəlindən cəmi 31 min ton neft artımı olub.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası

Azərbaycanda isə “yaşıl enerji” layihələrinin icrası üzrə işlər günü-gündən sürətlənməkdədir. Ötən ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ölkəmizdə ilk böyük günəş elektrik stansiyasını (230 MVt) istismara vermişdisə, hazırda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ciddi cəhdlə salışır ki, Bakı yaxınlığında Azərbaycanın ilk iri külək elektrik stansiyasını 2025-ci ildə istismara təhvil versin.

Bu məqsədlə yola saldığımız həftə “ACWA Power” Azərbaycana yeni nəsil külək turbinlərinin ilk komponentlərinin Bakı Gəmiqayırma Zavoduna çatdıra bilib.

Külək turbinlərinin komponentləri Bakı Gəmiqayırma Zavodunun müvəqqəti anbar ərazisinə boşaldılaraq, növbəti mərhələdə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına quraşdırılma üçün daşınıb tədarük olunacaq.

Qeyd edək ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 13 yanvar 2022-ci ildə baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

Layihə “tik – sahib ol – idarə et” müqavilə prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dollarıdır. Elektrik stansiyasında illik 1 milyard kilovat/saata qədər elektrik enerjisinin istehsal olunacağı təxmin edilir ki,  bunun da nəticəsində 220 milyon kubmetrədək qaza qənaət edilə bilər.

Asiyadan Azərbaycanın “yaşıl enerjisinə” maraq

Bu həftə Energetika nazirinin müavini Orxan Zeynalov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji sektorunun Baş direktoru Priyanta Vijayatunqa və Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının Enerji direktoru Junho Hvanqın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Görüşdə enerji sektoru üzrə potensial layihələr və enerji sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, ölkəmizin "yaşıl enerji potensialı", istehsalı və ixracı məsələlərindən bəhs edilib, COP29-la bağlı enerji təşəbbüsləri və planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Energetika Nazirliyi və AİB tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində ötən ay istismara verilmiş Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun Azərbaycanda "yaşıl enerji" mənbələrinin şaxələndirilməsinə gözlənilən təsirindən bəhs olunub.

Görüşdə, həmçinin, Mərkəzi Asiya - Azərbaycan - Avropa” yaşıl enerji dəhlizinin yaradılması layihəsi üzrə gələcək birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Fövqəladə hadisə

Yola saldığımız həftənin sonuncu iş günü isə enerji sektorumuz fövqəladə halla üzləşdi. Yox, bu dəfə 2018-ci ilin yayında Mingəçevirdə baş verən yanğına bənzər bir hal yox idi, amma Abşeron yarımadasının hər tərəfindən müşahidə edilən havada kilometrlərlə məsafəyə yayılan bir tüstü vardı.  

Onun mənbəyi isə Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın “Neft-qaz Elmi-tədqiqat Layihə” İnstitutunun “Eksperimental Təcrübə-Sınaq İşləri” müəssisəsinin ərazisində baş verən yanğın idi. FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələrinin zamanında müdaxiləsi nəticəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı neft çənlərinə və evlərə keçməsinin qarşısı alındı.

Məsələyə niyə diqqət yetirirəm. Çünki enerji sektorunun bütün sahələri yüksək riskli fəaliyyətə aiddir. Və burada ani nəzarətsizliyin böyük fəsadlara yol açması bir göz qırpımına bağlı bir işdir. Ona görə də əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına fasiləsiz riayət olunması adi normaya çevrilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vensdən: Dövlət yardımları terrorçuların cibinə gedir

Vensdən: Dövlət yardımları terrorçuların cibinə gedir

RƏSMİ: “Levandovski” “Barselona”dan ayrılır

RƏSMİ: “Levandovski” “Barselona”dan ayrılır

Yorğunluğu və baş ağrısını 40 saniyəyə aparan FORMUL

Yorğunluğu və baş ağrısını 40 saniyəyə aparan FORMUL

Faiq Sücəddinov: “Avroviziya mahnımızı dinləməmişəm, heç nədən xəbərim yoxdur” - ÖZƏL/AÇIQLAMA

Faiq Sücəddinov: “Avroviziya mahnımızı dinləməmişəm, heç nədən xəbərim yoxdur” - ÖZƏL/AÇIQLAMA

Trampdan xəbərdarlıq: İranı "çox ağır günlər" gözləyir

Trampdan xəbərdarlıq: İranı "çox ağır günlər" gözləyir

İsrail Livanı həm havadan, həm də artilleriyadan atəşə tutdu - Ölənlər var

İsrail Livanı həm havadan, həm də artilleriyadan atəşə tutdu - Ölənlər var

“Mançester Siti” İngiltərə Kubokunun qalibi oldu

“Mançester Siti” İngiltərə Kubokunun qalibi oldu

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

“Turan Tovuz” Berdıyevlə yeni müqavilə bağlayacaq

“Turan Tovuz” Berdıyevlə yeni müqavilə bağlayacaq

İranda ZƏLZƏLƏ oldu

İranda ZƏLZƏLƏ oldu

Balıq tutmağa getmişdi, yıxılıb öldü

Balıq tutmağa getmişdi, yıxılıb öldü

Nazilə gəlinini təriflədi

Nazilə gəlinini təriflədi

"Hantavirus"a qarşı peyvəndin olmamasının səbəbi AÇIQLANDI

"Hantavirus"a qarşı peyvəndin olmamasının səbəbi AÇIQLANDI

Azərbaycanın şəhərsalma modeli qlobal gündəmdə: WUF13 yeni inkişaf mərhələsinin əsasını qoyur - RƏY

Azərbaycanın şəhərsalma modeli qlobal gündəmdə: WUF13 yeni inkişaf mərhələsinin əsasını qoyur - RƏY

Roma Papası Fransaya səfər edəcək - son 20 ildə İLK

Roma Papası Fransaya səfər edəcək - son 20 ildə İLK

Bakı WUF13 forumuna hazırdır - VİDEO

Bakı WUF13 forumuna hazırdır - VİDEO

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov

"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov

“COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək inamın göstəricisidir”

“COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək inamın göstəricisidir”

İstefa verən nazir Kir Starmerə rəqib oldu

İstefa verən nazir Kir Starmerə rəqib oldu

Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

Fransada dünyanın ən yaşlı iti ölüb

Fransada dünyanın ən yaşlı iti ölüb

Ukraynada raket qıtlığı: Zelenski Makrondan kömək istədi

Ukraynada raket qıtlığı: Zelenski Makrondan kömək istədi

"Özüm yetim olsam da, sizi yetim qoymadım" - VİDEO

"Özüm yetim olsam da, sizi yetim qoymadım" - VİDEO

End of content

No more pages to load

RADİO