Rusiya və Özbəkistanla enerji əməkdaşlığı Azərbaycana nə qazandıracaq? – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə Azərbaycanın siyasi həyatında iki maraqlı görüşlə yadda qaldı və bunların içərisində enerji amili də yer almışdı. Əvvəlcə isə qlobal bazarlarda yaşanan vəziyyətə diqqət edək, çünki neft və qazın dünya bazarlarındakı qiymətlərinin birbaşa ölkəmizin gəlirlərinə təsirləri var.

Qlobal bazarlar

Başa vurduğumuz həftə dünyada “qara qızılın” qiyməti qeyri-stabilliyi ilə yadda qaldı, gah kifayət qədər ucuzlaşmağa meyilli oldu, gah da arada artım nümayiş etdirdi.

Brent markalı neftin London birjasında satış dinamikasına diqqət etsək, görərik ki, həftənin əvvəlində hərraclarda onun bir bareli 77,48 dollarla satılmağa başlasa da, cəmi bir gün sonra 76,55 dollar həddinə qədər eniş etdi. Qlobal bazarlarda belə ucuz qiymətə neft ötən ilin 14 noyabrında və qısamüddətli zamanda 2024-cü ilin 4 iyununda satılmışdı. Bəs nədən neft birdən birə belə ucuzlaşdı, baxmayaraq ki, avqustun hələ 13-də 80 dollardan baha satılırdı. Nefti üzü aşağı aparan 2 səbəb vardı: əvvəla, həftə əvvəli ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Qəzzada İsrail-Fələstin qarşıdurmasının həlli üçün regional səviyyədə atılacaq səyləri dilə gətirdi və bazar iştirakçıları bunu İranın İsraili mümkün “cəzalandırmaq” istəyinin aradan qaldırılması və Yaxın Şərqdə böyük qarşıdurmanın səngiməsi kimi qəbul etdilər. İkinci hal isə ondan qaynaqlanırdı ki, Çinin açıqlanan iqtisadi göstəriciləri iqtisadiyyatın proqnozlardan daha zəif templə inkişaf etdiyini göstərirdi. Yəni Çində enerjiyə tələbat da azalmağa başlayır.

Amma həftə sonu Brent markalı neftin qiyməti hərraclarda 79,02 dollarla bağlandı. Və artımın bu dəfəki lokomotivi rolunda ABŞ-da həftəlik neft ehtiyatlarının 4,65 milyon barel azalmasına dair statistika, həmçinin benzin ehtiyatlarının 1,61 milyon barel aşağı düşməsi idi. Belə məlumatlar isə ABŞ-ın növbəti həftə daha çox neft idxalını stimullaşdırmağa gümanlar yaratdı və nəticədə neft bahalaşdı.

Qaz qiymətləri

Yola saldığımız həftə Niderlandın TTF  habında təhvil verilməklə təklif edilən qazın 1000 kubmetrinin qiyməti avqustun 23-də 431,9 dollar təşkil etdi. Həftənin əvvəlində isə Avropada qaz 450 dollar qiyməti ətrafında ticarət edilirdi. Qiymətin nisbətən azalması “Europe Gas Infrastructure” təşkilatının Avropanın yeraltı qaz anbarlarında toplanan ehtiyatların artıq 90%-ə qədər yüksəlməsi haqda hesabatı idi. Qeyd edək ki, Avropa Komissiyasının 2022-ci ildə qəbul etdiyi direktivə görə, hər ilin 1 noyabr tarixinədək yeraltı qaz anbarlarındakı ehtiyatlar onların tutumunun 90%-ni təşkil etməlidir. Yəni ötən ilin yayında olduğu kimi, bu il də vaxtından xeyli əvvəl rəsmi Brüsselin göstərişlərinə əməl edildi. Qarşıdakı payız-qış mövsümü üçün Avropada istehlakçıların qazla təminatında artıq hansısa ciddi bir narahatlıq görmürlər.

Xatırladım ki, cari ilin birinci yarısının yekunlarına görə, Avropada qazın 1000 kubmetrinin hərraclarda orta satış qiyməti 366,2 dollar təşkil etmişdi. Ona görə də qiymətin ilin ikinci yarısında bu həddən yuxarı olması “Şahdəniz” yatağından ixrac edilən qazdan əldə edilən gəlirlərin artımı deməkdir.

SOCAR-Qazprom əməkdaşlığı

Həftənin əvvəli Rusiya prezidenti Vladimir Putinin ilk dəfə Azərbaycana dövlət səfəri ilə başladı. Bu səfər çərçivəsində ölkələr arasında iqtisadi əməkdaşlığın artımı xüsusilə diqqətdə oldu. Və həmin gün Rusiyanın qaz monopolisti Azərbaycan dövlət neft şirkəti ilə əldə edilən yeni razılaşmalara dair açıqlama yaydı.     

Məlumata görə, SOCAR və “Qazprom” strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər. “Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Söhbət o cümlədən “Şimal-Cənub” layihəsindən, bu ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanması ilə bağlı razılığın əldə olunmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - deyə “Qazprom”un mətbuat xidməti özünün rəhbəri Aleksey Millerə istinadən bildirb.

Həmçinin məlumatda “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirakı qeyd olunub.

Məsələnin maraq doğuran bir tərəfi o oldu ki, sözügedən məlumatı SOCAR nə öz rəsmi saytında  yerləşdirdi, nə də sonrakı günlər bu mövzuya özünün sosial şəbəkələrdəki səhifələrində yer ayırdı.

Bu əməkdaşlığın təkcə Azərbaycanla məhdudlaşmayacağını isə Qərb mediası alovlandırdı. Onlar Rusiya prezidentinin Azərbaycan səfərindən öncə İran İslam Respublikasının atdığı addımlara diqqət çəkiblər. Belə ki, avqustun 17-də İranın Rusiya qazının alınmasında maraqlı olmasına dair yeni bir bəyanat səslənib.

Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali dilə gətirib, özü də Həştərxanda. Onun sözlərinə görə, İran Rusiya qazını idxal etməyə və öz ərazisi ilə daşıyaraq digər bazarlara çıxartmaqda maraqlıdır.

Amma mən “Qazprom”un yaydığı məlumatın daha çox təbliğat xarakterli olduğunu düşünürəm. Çünki son 10 ildə Rusiyanın dövlətə məxsus “Qazprom” və “Rosneft” şirkətləri bir neçə dəfə SOCAR-la əməkdaşlığın genişləndirilməsi, hətta Rusiya və Azərbaycan ərazilərində birgə neft və qaz hasilatının mümkünlüyü və o cümlədən şirkətlərin üçüncü ölkələrdə birgə fəaliyyətinə dair məlumatlar yayıblar. Və bu məlumatlar məhz onlar tərəfindən ictimailəşdirilib. Reallıqda isə heç bir yeni layihə icra edilməyib. Əvvəllər olduğu kimi yalnız qazın alqı-satqısı ara-sıra baş tutub.  

SOCAR Özbəkistana gedir

Avqustun 22-də Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində (22-23 avqust) təşkil olunmuş Özbəkistan-Azərbaycan biznes forumu zamanı “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Özbəkistan Respublikasının investisiya bloklarında geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsinin əsas prinsipləri haqqında Saziş” imzalanıb.

Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında məlumat verib.  İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.

Qeyd edim ki, bu ilin mayında Azərbaycana səfəri zamanı Ləziz Kudratov jurnalistlərlə söhbətində bildirmişdi ki, “Özbəknefteqaz” şirkəti yataqların birgə işlənməsi ilə bağlı SOCAR ilə ciddi danışıqlar aparır.

“Avro-5” keyfiyyətli dizel

Bu həftə SOCAR istehlakçıları inandırdı ki, onun istehsal etdiyi dizel Avropa standartlıdır. Rəsmi açıqlanan məlumata görə, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

Türkiyə Akkreditasiya Mərkəzinin (TÜRKAK) həyata keçirdiyi akkreditasiya auditindən sonra avqustun 20-də qurumun rəhbəri Banu Müderrisoğlu müvafiq sertifikatları “SOCAR Downstream Management” MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edib.

Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır. Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı yaradır və etibarlı məhsul keyfiyyətini təmin edir.

İndi əsas məsələ belə bir sertifikatın Bakı NEZ-də istehsal olunan avtomobil benzini markaları üçün də alınmasıdır. Çünki sosial şəbəkələrdə yayılan xəbərlərə diqqət etsək, hələ də bir sıra istehlakçılar Ai-92 və Ai-95 markalı yerli benzinlərin deyildiyi kimi “Avro-5” standartlarında istehsalına şübhə edirlər.

Neft kəmərlərinin qazancı

Bu ilin I yarısında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri də daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən 538 milyon 277,6 min manat (cari məzənnə ilə 316,6 milyon ABŞ dolları) gəlir əldə edib.

AR Dövlət Statistika Komitəsinin hesabatından məlum olur ki, neft kəmərlərinin istismar edilməsindən əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artıb.

Bundan əlavə, yanvar-iyun aylarında magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin müvafiq dövründəki 1,7 min tonla müqayisədə 29,4 % artaraq 2,2 min ton təşkil edib.

Hesabat dövründə magistral neft kəmərləri ilə 19 milyon 238,6 min ton neft nəql olunub. Bu da 1 il əvvələ nisbətən 2,1% azdır. Ümumi nəqletmə həcminin təxminən 75,2 %-i BTC-nin payına düşüb.

Qaz kəmərlərinin gəliri

Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 359,813 milyon manat (799,9 milyon ABŞ dolları) təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 7,8 % artıb. Bu ilin I yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 37,4% azalaraq 23,8 milyon kubmetr təşkil edib. Hesabat dövründə qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz (1,3 % çox) nəql olunub. Ümumi nəqletmə həcminin təxminən 55,6 %-i CQBK-nın payına düşüb.

Xankəndi qazlaşdırılır

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirməyə başlayıb.

Açıqlanan məlumata görə, Qarabağ Regional Qaz İstismarı İdarəsinin Xankəndi xidmət sahəsi üzrə rəis müavini Vasif Məsimov bildirib ki, artıq ümumilikdə 41 min metr yeraltı qaz kəmərləri istismara yararlı vəziyyətə gətirilib. Quruculuq və abadlıq işləri ilə əlaqədar olaraq qaz veriləcək binaların təbii qazla təchiz edilməsi üçün və qaz kəmərlərinin kipliyə sınaq işləri davam etdirilir.

“Azəriqaz” rəsmisi qeyd edib ki, antiterror əməliyyatları zamanı zədələnmiş qaz kəmərlərinin hissələri bərpa edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

End of content

No more pages to load

RADİO