Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 
 

Məlumata görə, iyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 


Bildirilib ki, 2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

2024-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib.

İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

End of content

No more pages to load

RADİO