Ukraynanın Kurska hücumu Avropanı niyə vahiməyə saldı? - İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Yola saldığımız həftə dünya enerji bazarları üçün təlatümlü keçdi. Və bu qeyri-stabilliyi yaradan əsas amil Yaxın Şərqdə siyasi vəziyyətin gərgin olmaqda davam etməsi (İranın İsrailə mümkün hava hücumu vəziyyəti daha da gərginləşdirməkdə davam edib) və gözlənilmədən avqustun 6-da Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması ilə hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsi olub.

Qlobal bazarlar

Avqustun ilk günündən dünya bazarlarında ucuzlaşan “qara qızılın” qiyməti özünün minimal qiymətlərinə bu həftənin ilk günü çatdı – Brent markalı neftin bir bareli London əmtəə birjasında 76,30 dollara satıldı. Həftənin sonuna kimi isə neft qiymətləri hər gün artım nümayişi ilə yadda qaldı, nəhayət, cümə günü hərraclar başa çatarkən qiymət 79,75 dollaradək yüksəldi. Təbii ki, qiymətin həftəlik artımına dünyadakı siyasi vəziyyətin stabilliyinin pozulması daha çox təsir etdi. Amma bununla yanaşı bazara təsir edən ikinci bir amil Amerika Birləşmiş Ştatları bazarında “qara qızıl” ehtiyatlarının hiss ediləcək səviyyədə azalması da oldu.

“Mavi yanacaq” qiymətlərinə gəldikdə isə, həftə sonu Avropada qazın 1000 kubmetrinin qiyməti 463 dollar həddini belə keçə bildi, baxmayaraq ki, ilin birinci yarısında bu göstərici 362 dollar səviyyəsində bərqərar olmuşdu. Həftə ərzində, daha doğrusu avqustun 6-dan başlayaraq 3 gün ərzində Avropa bazarlarında qazın qiymətləri 100 dollar artım nümayiş etdirdi.

Bəs niyə birdən-birə qaz qiymətləri belə yüksəlişə meyl etdi?

Bunun əsas səbəbi bazar iştirakçılarını bu günlərdə və elə indi də Avropanı təşvişdə saxlayan Rusiya-Ukrayna müharibəsində gözlənilmədən yeni bir cəbhənin açılması oldu. Belə ki, avqustun 6-dan Ukrayna ordusu qəfildən Rusiyanın Kursk vilayəti ərazisinə daxil olaraq burada hərbi əməliyyatları genişləndirməyə başladı. Bəs bunun qaz bazarına nə dəxli var?    

İş burasındadır ki, hərbi əməliyyatların mərkəzinə Sudja qaz ölçmə stansiyası düşdü. Məhz bu stansiya vasitəsi ilə Rusiyanın Sibirdən gələn qazı magistral kəmərlə ölçülmə əməliyyatları həyata keçirildikdən, müqavilə üzrə keyfiyyət parametrləri təsdiqləndikdən sonra Ukraynanın qaz nəqletmə sisteminə təhvil verilir, mavi yanacaq Slovakiya və Avstriya kimi ölkələrin istehlakçılarına çatdırılır. Avqustun 9-da isə Ukrayna hərbçiləri “Qazprom” şirkətinin loqosu qarşısında Sudja qaz ölçmə stansiyasının nəzarətə götürüldüyünü bəyan etdilər.  

Hərbi əməliyyatlardan öncə Sudjadan gündəlik 42 milyon kubmetrədək qaz Avropaya nəql edilirdi. Artıq avqustun 7-də bu həcmlər 39 milyon kubmetrədək, bir gün sonra isə 37 milyon kubmetrədək azalmışdı, amma kəsilməmişdi. Və cümə günü Rusiya bu strateji obyekt üzərində nəzarəti itirəndən sonra bazar iştirakçılarının təlaşı artıq vahimə səviyyəsinə keçdi, nəticədə qazın qiymətləri 2023-cü il dekabrın 8-dən sonra ən yüksək həddə qədər artdı.

Bəs bazar ertəsi necə olacaq?

Mümkündür ki, qiymətlər hətta 500 səviyyəsini keçsin. Amma bir daha 2022-ci ilin martında yaşananların (onda qaz qiymətləri martın 6-da 3690 dollara qədər artdı və indiyə qədər rekord göstərici olaraq qalır) təkrarlanacağı mümkünsüzdür. Çünki o zaman Avropa 50 ilə qədər Rusiya qazına öyrəşmiş və onsuz yaşamağı ancaq nəzəri cəhətdən mümkün hesab edirdi. Sonrakı dövrlər isə göstərdi ki, nə qədər çətin olsa da, praktik cəhətdən də buna nail olmaq olar və Avropa bazarında Rusiya qazının xüsusi çəkisi iki il yarıma artıq 40%-dən 5%-dək azalıb.

Azərbaycanın qaz ixracı

Qaz qiymətlərinin artımının isə Azərbaycanın gəlirlərinə birbaşa təsiri var. Belə ki, Azərbaycan Energetika nazirliyinin bu həftə açıqladığı aylıq hesabata görə, ölkəmizin cari ilin 7 ayının nəticələrinə görə, qaz ixracının 51%-i məhz Avropa bazarının payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

“Şahdəniz”dən qaz ixracı

Energetika nazirliyinin açıqladığı statistikadan məlum olur ki, indiyə qədər, yəni 2007-ci ildən başlayaraq 2024-cü ilin avqust ayına qədər “Şahdəniz” yatağından çıxarılan 160,7 milyard kubmetr qaz xarici bazarlarda satılıb.

Ümumiyyətlə isə, “Şahdəniz” yatağından bu dövr ərzində 225,5 milyard kubmetr qaz çıxarılıb. Buradan belə nəticəyə gəlmək olur ki, 2007-2024-cü illər ərzində Azərbaycanın daxili bazarında “Şahdəniz” yatağından hasil edilmiş 64,8 milyard kubmetr qaz istehlak edilib. Yəni orta hesabla ayına 307 milyon kubmetr edir. Bu baxımdan “Şahdəniz” qazının həm Azərbaycanın qaza olan daxili tələbatının ödənməsində, həm də Azərbaycanın qaz ixracatçısı kimi özünü qlobal bazarda təsdiq etməsində böyük rolu var.  

Qaz hasilatı

Yanvar-iyul aylarında Azərbaycanda təxminən 29,5 milyard kubmetr qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb.

Hasil edilən qazın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri “Abşeron” yatağından, 4,4 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

Qaz istehlakının strukturu

Dövlət Statistika KomitəsiAzərbaycanda ilin birinci yarısı üzrə əmtəəlik qaz həcmlərinin istehlak strukturuna dair məlumatı açıqlayıb. Onun təhlili göstərir ki, bu müddətdə ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi (bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla) 21,87 milyard kubmetr təşkil edib.

Əmtəəlik qaz üzrə ehtiyatların 27,5 %-i ölkə daxilində istehlak edilib, 59,8 %-i ixraca yönəldilib, 2,5 %-i itkiyə gedib, 10,2 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi yeraltı qaz anbarlarında qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 %-i istehsalehtiyaclarına sərf edilib, 40,2 %-i isə əhaliyə satılıb.

Yanvar-iyun aylarında əhali qrupu tərəfindən 2 milyard 420,4 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 4,2 % az təbii qaz istehlak edilib. Və həminhəcmlərin 37,9 faizi Bakı şəhərinin (Abşeron rayonu nəzərəalınmadan) payına düşüb. 

Neft hasilatı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycanda maye karbohidrogen hasilatı təqribən 800 min ton və ya 4,52% azalıb.

Energetika Nazirliyinin açıqladığı məlumata əsasən, çıxarılan neftin 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının (2023-cü ilin 7 ayında 10,6 milyon ton), 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının (2,6 milyon ton), 300 min tonu (kondensat) “Abşeron” yatağının (40,4 min ton) payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton (4,5 milyon ton) təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatlabirlikdə) ixraca nəql olunub (14,9 milyon ton). Bunun 12,2 milyon tonu konsorsiumun (13,2 milyon ton), 1,9 milyon tonu (1,7 milyon ton) isə SOCAR-ın payına düşür.

Neft emalı

Hesabat dövründə Azərbaycanda neftin emalı ötən illə müqayisədə dəyişməz qalıb və 3,7 milyon ton təşkil edib. Energetika Nazirliyinin məlumatlarından çıxış etsək, görərik ki, ölkədə hasil edilən və ixraca yönəldilən neft həcmlərindən sonra qalıq 2,8 milyon ton olub. Demək, emal statistikasında göstərilən həcmi əldə etmək üçün təxminən 900 min ton neftin idxalına ehtiyac duyulub.

Neft emalı üçün idxal neftindən istifadə edilməsi nəsə vahiməli bir hadisə deyil. ABŞ da özü neft istehsalçısı olmasına baxmayaraq bir çox ölkələrdən qara qızılı idxal edir, çünki emaldan sonra əldə etdiyi məhsulları satmaq hesabaına daha çox qazanmaq imkanı olur. Bu baxımdan da, əgər Azərbaycana idxal nefti hesabına həm modernləşdirilmə mərhələsində daha böyük həcmləri emal etmək imkanına malik olursa, həm də emal dərinliyini artırmaq hesabına alınan neft məhsullarının həcmini artırırsa, demək xarici ölkələrdən “qara qızılı” almaq heç də ziyanlı biznes deyil, əksinə SOCAR üçün əlavə qazanc gətirən bir sahəyə çevrilir.  

SOCAR-ın hasilat proqnozu

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-2025-ci illərdə hasilatı 0,5 % artıracağını proqnozlaşdırır.

Agentliyin məlumatına görə, ötən il SOCAR-ın neft və qaz hasilatı ümumilikdə gündəlik 286 min barel neft ekvivalenti səviyyəsində sabit olub. “Bu, Azərbaycanın neft hasilatının 8% azalması və qaz hasilatının 3% artması fonunda baş verib. Azərbaycanın neft hasilatı artıq azalmağa doğru gedir və biz bunun dəyişəcəyini gözləmirik. Güman edirik ki, təbii qaz hasilatının artması hesabına SOCAR-ın hasilatı qarşıdakı iki ildə hər il 0,5% artımla yüksələcək”, - deyə “Fitch”in hesabatında qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

End of content

No more pages to load

RADİO