Bu hallarda valyutanın ölkədən çıxarılmasına İCAZƏ VERİLMƏYƏCƏK

Baş nazir "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"da dəyişiklikləri təsdiq edib. Yeni qaydalar ilə bu ilin fervalında Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə bir sıra dəyişikliklər edilib. Qeyd edək ki, sözügedən sənəd ilə qaydaların tam siyahısı müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə VI çağırış parlamentinin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, yeni qaydalarla valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı və qaydaların miqyası daha da dəqiqləşdirilir:

"Belə ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında da onların hərəkəti dayandırılır, yəni aparılmasına icazə verilmir. Burada söhbət eyni zamanda inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarından gedir.

Digər dəyişiklik valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı ilə bağlıdır. Yeni qərara əsasən, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması da indikatorlardan biri kimi götürüləcək.

Bu maddə üzrə əvvəlki redaksiyada yalnız gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması nəzərdə tutulurdu.
Bütövlükdə, qərarın qəbulunda məqsəd ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizənin gücləndirilməsi, aydın və ölçülə bilən indikatorlar ilə prosesdə şəffaflıq və hesabatlığı daha da artırmaqdır".

Qeyd edək ki, bu qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

End of content

No more pages to load

RADİO