İnternetin qiyməti ARTIRILIR – Bəs sürət DƏYİŞƏCƏKMİ?

Avqust ayının 15-dən ölkədə internetin sürətinin artacağı və tariflərinin 40 faiz bahalaşcağı bildirilir. “Aztelekom” abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edəcək.

Bundan əvvəlki illərdə sürətin yüksəldilməsi adıyla qiymətlər artırılsa da internetin keyfiyyətində görülən irəliləyiş olmayıb. Azərbaycan hazırda internetin orta sürətinə görə dünya üzrə 113-cü yerdədir. Bu barədə “Speedtest Global Index” məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda internet BAHALAŞIR 


Yəni vətəndaşların həmişə narazı qaldığı internet sürətinin birdən-birə 2.5 dəfə yüksəldilməsi ağlabatan deyil. 

Əgər sürət və keyfiyyət yaxşılaşacaqsa, onda belə çıxır ki, bu vaxta qədər insanlar çox aşağı sürətli internetə görə (40 Mbit/s) minimum 18 manat pul ödəyiblər. 

Bəs, həqiqətən keyfiyyətli internetə zəmanət varmı?

Narazılıq yaradan digər məsələ isə seçim imkanının olmamasıdır. Bəzi şəxslərin fikrincə, ucqar kəndlərdə yaşayanlara, təqaüdçülərə və digərlərinə təklif olunan sürət və yüksək qiymətə internet lazım deyil. Niyə onlara seçim haqqı verilmir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, Aztelekom-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək imkanı yoxdur:

“Öncə gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin. Əminəm ki, “Aztelekom”da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur”.

“Əhalinin alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır”

Seçim imkanına gəldikdə isə iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, internetin qiymətlərini əhalinin gəlirlərinə uyğun şəklə salmaq lazımdır:

“İnternet qiymətinin artmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, ölkədə interneti provayderlərə satan bir şirkət var. O şirkət, yəni baş provayder də digər provayderlərə internet trafikinin qiymətini artırır, onlar da vətəndaşlar üçün qiyməti artırmağa məcbur olurlar. Yəni başqa ölkələrdə bir neçə ana provayder olur, digər provayderlər də internet xəttini onlardan alırlar. Bizdə bir mərkəz var deyə qiyməti diqtə eləmək asan olur. 

Təbii ki, əhalinin alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. Minimum qiymətin 25 manat olması əsasən regionlarda internetdən istifadəni xeyli azaldacaq, əlçatanlığı aşağı düşəcək ki, bu da heç də yaxşı deyil. Bu sahədə Tarif Şurasının tənzimlənməsinə ehtiyac var. İnternetin minimum və maksimum qiymətlərini müəyyənləşdirmək və əhalinin qazanclarına və gəlirlərinə uyğun şəklə salmaq lazımdır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

End of content

No more pages to load

RADİO