Sosial kirayə mənzillərdən nə qədər vətəndaş yararlanıb? – Rəsmi AÇIQLAMA 

Mənzili olmayan vətəndaşların mənzil əldə etməsi üçün ölkədə müxtəlif layihələr mövcuddur. Onlardan biri də İpoteka və Kredit Zəmanət Fondunun reallaşdırdığı kirayə mənzillərdir. Müəyyən müddətdir layihə icra olunur.

İnsanların bəzisi bu cür layihələrdən yararlanmaq üçün şərtlərin çətin olduğunu, bəziləri isə bu vasitə ilə mənzilə sahib olduqlarını bildirirlər.

Maraqlıdır bugünədək satmaq öhdəliyi ilə kirayə mexanizm vasitəsilə neçə vətəndaş mənzil sahibi olub? 
 

MÖVZU İLƏ BAĞLI:

Daha 149 kirayə mənzil satışa ÇIXARILDI 


İpoteka və Kredit Zəmanət Fondundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu vaxtadək 5078 vətəndaş bu yolla mənzil sahibi olub:

“Məlum olduğu kimi, satmaq öhdəliyi ilə kirayə mexanizmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə yaradılıb. Mexanizmin praktiki tətbiqinə 2020-ci ildən start verilib və bu günədək 5078 vətəndaş və ailə bu yolla mənzil sahibi olub. O cümlədən, cari ilin əvvəlindən 700-ə yaxın kirayə müqaviləsi bağlanıb və hazırda bu proses davam etdirilir. İndiyədək mənzil sahibi olan vətəndaşların 71%-ni gənclər və gənc ailələr təşkil edir”.

Bəs şərtlər necədir? Şərtlərdə hər hansı dəyişiklik varmı?

Fonddan qeyd olunub ki, rəsmi gəliri olan, həmçinin, sosial müavinət alanlar da mənzil üçün müraciət edə bilərlər:

“Satmaq öhdəliyi ilə kirayə mexanizminin əsas məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Mexanizmdən müvafiq qaydaların tələblərinə cavab verən bütün Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Bunun üçün vətəndaşın müraciət anına yaşı 60 yaşdan yuxarı olmamalı, vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalı və rəsmi gəlirləri olmalıdır. 

Rəsmi gəlir dedikdə, muzdlu işdən, sahibkarlıq və qeyri sahibkarlıq fəaliyyətindən gələn gəlirlər və cari transfertlər nəzərdə tutulur. Bu isə o deməkdir ki, pensiya (yaşa görə pensiya istisna olmaqla) və sosial müavinət alan vətəndaşlar da kirayə mənzil üçün müraciət edə bilərlər.

2022-ci ildən tətbiq olunan digər yeniliyə əsasən isə, dövriyyəsini sənədlə təsdiq edə bilməyən şəxslər, yəni sabit vergi ödəyiciləri də kirayə mənzil mexanizmindən faydalanmaqla uzunmüddətə ödəmə imkanı ilə mənzil tələbatını ödəyə bilirlər.

Söhbət bərbər, dərzi və digər bu qəbildən olan peşə sahiblərindən gedir. 

Krediti olan şəxslər, hətta mənfi kredit tarixçəsi olan şəxslər də bu mexanizmdən faydalana bilirlər. Kredit öhdəliyinin olması həmin vətəndaş üçün təyin edilən aylıq ödənişin məbləğinə təsir edə bilər.

Proses Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir. Vətəndaş mənzil seçdikdən sonra cəmi 7 iş günü ərzində kirayə müqaviləsi rəsmiləşdirilir və tam təmirli mənzilin açarları növbəti günlərdə vətəndaşa təhvil verilir”.

Fonddan bildirilib ki, vətəndaşlar cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəməklə tam təmirli mənzil əldə etmiş olurlar.

Kirayə mənzil mexanizmdə vətəndaşları narazı salan məsələ isə mənzillərin ünvanları ilə bağlıdır. Çünki hazırda satmaq öhdəliyi ilə kirayə mənzillər paytaxtdakı bütün əraziləri əhatə etmir.

Fonddan isə bildirilib ki, kirayə mənzil fondu bilavasitə vətəndaşlar arasında keçirilən rəy sorğuları əsasında, onların tələbatı nəzərə alınmaqla formalaşdırılır:

“İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 14 fərqli ünvanda vətəndaşlara mənzillər təklif edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində və daha 2 ünvan isə Sumqayıt şəhərindədir. Həmçinin, tələbat nəzərə alınaraq gələcəkdə yeni ərazilərdə mənzillərin alınması ilə bağlı araşdırmalar aparılır. Mənzil fondu yeniləndikdə vətəndaşlara qabaqcadan məlumat verilir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

End of content

No more pages to load

RADİO