Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

“Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi prosesinin hazırda davam etdiyini açıqlayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə VI çağırış parlamentinin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər: 

“İndiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.

Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir”. 

V. Bayramov əlavə edib ki, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq:

“Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər. 
Dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

End of content

No more pages to load

RADİO