Cibimiz yoxsa həyatımız daha ÖNƏMLİDİR? – TƏHLİL 

Azərbaycan dünyada az meşə örtüyünə malik ölkələr sırasındadır. 2000-ci illərin əvvəllərində Azərbaycanda meşələr ölkə ərazisinin cəmi 9 faizini təşkil edirdi. Sonrakı illərdə həyata keçirilən ekoloji layihələr sayəsində bu göstərici 12 faizə qaldırıldı. Amma bu da ekoloji tarazlığın bərpası üçün kifayət etmir.

Ona görə də əlavə tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib.

Bunun üçünsə ilk növbədə ətraf mühitə antropogen təsirləri minimuma endirməli, CO2 emissiyasının həcmini azaltmalıyıq. Nəzərə alaq ki, hazırda ölkəmizdə sənaye sektoru 30-40 il əvvəlki kimi havanı korlamır. Təsadüfi deyil ki, Bakı artıq qeyri-sənaye şəhərinə çevrilib. Hazırda Bakıda zavodlar barmaqla sayılacaq qədər azdır. Amma bu gün Bakıda atmosferə buraxılan dəm qazının və digər zərərli maddələrin həcmi kəskin artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına görə gün ərzində keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksəkdir.

Bəs atmosferə zərərli maddələr hansı mənbələrdən atılır?

Sualın cavabı çox sadədir. Bu gün atmosferə atılan zərərli maddələrin əsas səbəbkarı avtomobillərdir. Hazırda ölkə üzrə 2 milyona yaxın avtomobil varsa, onun 70 faizi Abşeron yarımadasında toplaşıb. Nəticədə paytaxtda böyük tıxaclar meydana çıxır. Bu məsələnin sosial tərəfidir.

Amma məsələnin ən vacib tərəfi odur ki, həm Bakıda, həm də bölgələrdə fəaliyyətdə olan maşınların 70 faizdən çoxu istismar müddəti 15 ildən çox olan avtomobillərdir. Belə avtomobillərsə ətraf mühitin çirklənməsində müstəsna pay sahibidir.

Digər problem isə avtoparkın böyük hissəsinin dizel mühərrikli olmasıdır. Son günlərə qədər dizel yanacağı Aİ-95-lə müqayisədə 2,4 dəfə, Aİ-92 ilə müqayisədə 20 faiz ucuz idi. Məhz bu faktora görə çoxları dizel mühərrikli maşınlara maraq göstərirdi.

Dizel mühərrikli avtomobillərə marağı artıran digər səbəbsə Avropanın bu avtomobillərdən imtina etməsidir. Avropada istehsalı dayanan və çox ucuz qiymətə satılan avtomobillərin son illərdə ölkəmizə xüsusi axını başlayıb.

2021-ci ildə Azərbaycana 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Göründüyü kimi, dizel mühərrikli avtomobillərin idxalı ilbəil artır.

Əsas səbəb isə dizelin qiymətinin ucuz olmasıdır.

Nəzərə alaq ki, regionda ən ucuz dizel yanacağı Azərbaycandadır.Ucuz yanacaqsa daşımalara xüsusi təsir göstərir. Təsadüfi deyil ki,  yük maşınları və bir sıra daşıyıcı nəqliyyat vasitələri dizel yanacağından istifadə edir. Halbuki, hazırda dünyada bir litr dizelin orta qiyməti 1,33 dollar təşkil edir.

Dizelin ən baha olduğu ölkələrin siyahısını təqdim edirik:

1. Honq-Konq – 2,66 dollar;

2. Afrika Respublikası - 2,39 dollar;

3. İsveç - 2,34 dollar;

4. İslandiya - 2,31 dollar;

5. Monako - 2,26 dollar;

6. Norveç - 2,22 dollar;

7. İsveçrə - 2, 20 dollar;

Region ölkələri üzrə:

Azərbaycan - 0,56 dollar;

Rusiya - 0,84 dollar;

Ermənistan - 1,06 dollar;

Türkiyə - 1,23 dollar;

Gürcüstan - 1,42 dollar.

Göründüyü kimi son qiymət artımından sonra belə, Azərbaycan regionda dizel yanacağının ən ucuz satıldığı ölkədir.

Son qiymət artımından sonra regionda ən ucuz  “Aİ-92” də Azərbaycandadır:

Ukrayanada – 1,33 dollar

Belarusda – 0,69 dollar

Gürcüstanda – 1,14 dollar

Ermənistanda – 1,27 dollar

Azərbaycanda – 0,64 dollar

Göründüyü kimi  Aİ-92 yanacağı regionda ən ucuz qiymətə Azərbaycanda satılır. Nəzərə alaq ki, Avropa ölkələrində bu benzin növündən istifadə edilmir. Çünki, Aİ-92-nin ətraf mühitə ziyanı kifayət qədər yüksəkdir.

Son qiymət artımının əsas mahiyyəti ekoloji faktordur.

Məhz bu faktora görə Aİ-95-in qiyməti 20 faiz ucuzlaşdırıldı. Bu da ona görə edildi ki, avtomobil sahibləri üçün yüksək keyfiyyətli “AVRO-5” standartlarına cavab verən Aİ-95 daha əlçatan olsun. Bunun hesabına da avtomobil sahibləri ekoloji fəsadlar yaradan dizeldən və Aİ-92-dən tədricən imtina etsin. Amma iqtisadi baxımdan büdcə daxilolmalarında son siymət artımı elə bir fərq yaratmır. Çünki Aİ-95-in qiyməti 20 faiz ucuzlaşması fonunda Aİ-92-nin qiyməti cəmi 10 faiz artıb.

Dizelin sağlamlığımıza vurduğu zərbə

Nəzərə alaq ki, daxiliyanma mühərriklərinin yaratdığı zəhərli qazlar insan orqanizmi üçün çox ciddi fəsadlar törədir. Son illər onkoloji və dəri-zöhrəvi xəstəliyin sayı durmadan artır. Bu xəstəliklərin əsas yaradıcılarından biri də çirkli havadır. Ona görə də zamanla dizel və Aİ-92 yanacağı dövriyyədən çıxarılmalıdır. Çünki əsas faktor insan amilidir. Atalarımız deyib ki, “neynirəm o qızıl teşti ki, gündə içinə qan qusuram”.

Bu mənada ucuz və aşağı keyfiyyətli yanacaqlar ilk baxışda bizi cəlb etsə də, son nəticədə bu yanacaqlar sağlamlığımıza və ətraf mühitə dəhşətli dərəcədə ziyan vurur. Bu ziyanı isə sonrakı illərdə qənaət etdiyimiz pullarla da sığorta edə bilmirik. Çünki sağlamlığı pulla satın almaq mümkün deyil...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

End of content

No more pages to load

RADİO