“Azərbaycanda qiymət siyasətində problem var...”x9d -Vahid Əhmədov

Dövlət Statistika Komitəsi ilin ötən 9 ayının iqtisadi yekunları ilə bağlı açıqladığı rəqəmlər də ərzaq məhsulları bazarında bahalaşmanın olduğunu təsdiqləyir. Belə ki, DSK ötən həftəxa0 istehlak bazarında qiymətlərin 2017-ci ilin yanvar-sentyabr aylarında necə dəyişdiyini açıqlayıb.

Hesabata görə, 9 ayda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz qalxıb. Sentyabrda əvvəlki aya nisbətən istehlak məhsulları və xidmətlər 0,7 faiz, o cümlədən ərzaq məhsulları 1,4 faiz, qeyri-ərzaq malları 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz bahalaşıb.

Qeyd edək ki, bahalaşma üçün kifayət qədər obyektiv səbəblər olsa da, hökumət qiymətlərin inzibati yolla tənzimlənməsinə çalışır. Lakin açıqlanan rəqəmlər də onu göstərir ki, hələ ki, buna nail olunmayıb. Bəs görəsən, məhz ərzaq məhsulları bazarındaxa0 və qida sektorundakı xidmət sahələrində qiymətlərin tənzimlənməsi üçün hansı alətlər var ki, hökumət ondan istifadə edə bilər?

Moderator.az xəbər verir ki, “Yeni Müsavat”x9dın suallarını cavablandıran Milli Məclisin iqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov DSK-nın açıqladığı rəqəmlərin reallığa uyun olduğunu bildirdi: “Bahalaşma həqiqətən də var, bəzi sahələrdə 10 faiz, bəzi sahələrdə 20 faiz bahalaşma gedir. Bahalaşmanın orta həddi təxminən 17-18 faiz kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, Azərbaycanda qiymət siyasətində problem var. Tənzimlənən qiymətlər var. Bir də bazar iqtisadiyyatından tənzimlənməyən qiymətlər var ki, onlar tələb-təklif əsasında formalaşır. Ancaq bu sahədə elə problemlər var ki, onlar həllini tapmadan qiymət siyasətini tənzimləmək mümkün olmayacaq. Bir var obyektiv qiymətlər, bir də var subyektiv qiymətlər. Obyektiv qiymət odur ki, sahibkarxa0 məhsulu neçəyə istehsal edirsə, maya dəyərinin üzərində də müəyyən gəlir faizi qoymaqla satır.xa0 Yox, əgərxa0 xaricdən xammalxa0 və yaxa0 hər hansı komponenti gətirirsə o zamanxa0 məhsul bahalaşa bilər.xa0 Bir də var ki, məhsulun istehsalında heç bir xarici komponent iştirak etmir, lakin sahibkar qiyməti artırır. Bu subyektiv qiymət artımı hesab olunur”x9d.

Deputatın sözlərinə görə, qiymət siyasətinin tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var: “Qiymət siyasəti ilə əlaqədar İqtisadiyyat Nazirliyinin tərkibində xüsusi departament yaradılıb. Onlar mütəmadi monitorinqlər aparırlar, yoxlayırlar. Ancaq sui-istifadə halları çoxdur. Mən hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul edilməməsi də qiymət siyasətinə öz təsirini göstərir. 2018-ci ildə yəqin ki, biz bunu qəbul edəcəyik, çünki strateji yol xəritəsində artıq o öz əksini tapıb, cənab prezident də təsdiq edib. Bu məcəllənin qəbulu qiymət siyasətinə də öz təsirini göstərəcək. Biz əgər qiymət siyasətini normallaşdırmaq istəyiriksə, bazarda mal qıtlığı olmamalıdır, sahibkarlar arasında karter sövdələşmələri olmamalıdır. Bütün bunlar Rəqabət Məcəlləsində öz əksini tapacaq”x9d.

Parlamentarın sözlərinə görə, qiymətlərin artmasının səbəblərindən biri də idxalı azaltmaq məqsədi ilə gömrük rüsumlarının artırılmasıdır: “Bəzən belə fikirlər səslənir ki, müəyyən məhsullar üzrə idxalı ümumiyyətlə ləğv etmək lazımdır. İdxalı ləğv etmək heç bir dövlətdə yoxdur. O dövlət ki, özxa0 məhsulu ilə əhalisini təmin edə bilmir, o hər zaman idxal edir.xa0 Biz də lazım olan məhsulları idxal edirik. Biz təklif etmişik ki, o ərzaqlara ki, Azərbaycanda yerli istehsal tələbatı ödəmir, onların gömrük rüsumu azalmalıdır. Son vaxtlar gömrük rüsumları da qiymətlərə təsir etdi. Çünki gömrük sistemində şəffaflıq artdı. Əvvəllər sahibkarlar gömrükdən müəyyən yollarlaxa0 malları keçirirdilər, gömrük bəyannaməsində malın miqdarını az göstərirdilər, ona görə də rüsum təxminən 18-20 faiz olurdu. İndi isə 35-38xa0 faizə yaxın vergi ödənilir və o da qiymətin üzərinə gəlir. Mən dəfələrlə demişəm ki, gömrük rüsumlarına yenidən baxmaq lazımdır. O məhsullar ki, Azərbaycanda istehsal olunmur və onlara tələbat çoxdur, onların gömrük rüsumunu azaltmaq lazımdır”x9d.

V.Əhmədov vurğuladı ki, ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün ƏDV-nin diferensiallaşmasına ehtiyac var: “ Həmçinin ƏDV-nin diferensiallaşmasına da ehtiyac var. Biz avtomobilə də 18 faiz ƏDV tətbiqxa0 edirik, mebelə də 18 faiz ƏDV tətbiqxa0 edirik, ərzaq məhsullarına da... Halbuki ərzaq məhsulları gündəlik tələbat məhsullarıdır. Ərzaq məhsullarına əlavə dəyər vergisini 5-10 faiz arasında tətbiq etmək olar, bunun əvəzində avtomobilin ƏDV-nixa0 30 faizə qaldırmaq olar. Yenə də büdcəyə həmin vəsait daxil olur. Ancaq ərzaq məhsulları ucuzlaşmış olur. Vergilər Nazirliyində bu məsələnin üzərində işləyirlər. Əlavə dəyər vergisini deferensiallaşdırmağa çalışırlar. Qiymətləri ucuzlaşdırmaq üçün hökumətin əlində iqtisadi alətlər çoxdur, bunları həyata keçirmək lazımdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

Bu 3 bürcün bəxt çarxı dönür

Bu 3 bürcün bəxt çarxı dönür

Toyuq ətini əvəz edən qida- Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida- Tərkibində 25 faiz zülal var

ŞƏT ölkələrinin liderləri yekun sənədləri imzalayırlar – VİDEO

ŞƏT ölkələrinin liderləri yekun sənədləri imzalayırlar – VİDEO

Övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənilir? – Rəsmi CAVAB

Övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənilir? – Rəsmi CAVAB

ABŞ İraqa 800 milyon dollarlıq helikopter satır

ABŞ İraqa 800 milyon dollarlıq helikopter satır

"Kurtlar vadisi"nin aktyoru yeni serialda -Foto

"Kurtlar vadisi"nin aktyoru yeni serialda -Foto

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Putindən silahlı münaqişələri qızışdıranlara irad – VİDEO

Putindən silahlı münaqişələri qızışdıranlara irad – VİDEO

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək –XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək –XƏBƏRDARLIQ

Tramp İrana qarşı nüvə silahından istifadə edəcəkmi? – VİDEO

Tramp İrana qarşı nüvə silahından istifadə edəcəkmi? – VİDEO

100 yaşını iş başında qeyd etdi

100 yaşını iş başında qeyd etdi

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

End of content

No more pages to load

RADİO