Maşın almaq istəyənlərin NƏZƏRİNƏ – Bu avtomobillərin qiyməti UCUZLAŞDI

“Taksilərlə bağlı qəbul edilən qərarlar Azərbaycanın avtomobil bazarında ajiotaj yaradıb. “Prius”ların kütləvi şəkildə satışa çıxarılmasında çox danışılıb deyə bunun üzərində dayanmayacam. Mən onu demək istəyirəm ki, son 10-15 gündə yaşı 15 ildən çox olan bütün avtomobillərin kütləvi şəkildə satışa çaxarılması müşahidə edilir”. 

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. 

O bildirib ki, yaşlı maşınların qiymətləri yarıbayarı aşağı düşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada ən çox satılan ÇİN AVTOMOBİLLƏRİ – Bəs ölkəmizdə onlara maraq HANSI SƏVİYYƏDƏDİR?


“Məsələn, bir ay əvvəl 12 minə olan “Prius”lar 6-7 minə, 16 minə olan “Prius”larsa 8-9 minə təklif olunur. Bundan başqa digər avtomobillərin satışında da artım var. Nəzərə alaq ki, bu gün şəhərlərarası taksi xidməti göstərən avtomobillərin yaşı 20-dən yuxarıdır. Təbii ki, hökumətin bu qərarı həmin taksilərə də öz təsiri olacaq. Ona görə də həmin avtomobillərin sahibləri maşınlarını kütləvi şəkildə satışa çıxarırlar. Məsələn, buraxılış ili 20 ilə yaxın və bundan artıq olan “Mersedes-Benz”, “BMW”, “Kia”, “Hunday” və digər markalı avtomobillər hazırda əvvəlki aylarla müqayisədə ən azı 15-20 faiz aşağı qiymətə təklif olunur”. 

Akif Nəsirli hesab edir ki, tədricən qiymətlər daha çox düşəcək:

“Çünki,  buraxılış ili 2009-cu ildən əvvəl olan avtomobillərlə taksi fəaliyyəti göstərmək mümkün olmayacaq. Nəzərə alaq ki, taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin də yaşı 15 ildən çoxdur. Ona görə də bu avtomobillərdən istifadə məcburi şəkildə məhdudlaşacaq. Buraxılış ili çox olan avtomobillər əsasən fərdi istifadə üçün yararlı olacaq. Bu isə köhnə avtomobillərə tələbatı azaldacaq. Nəticədə, köhnə avtomobillər yaxın bir neçə ayda xeyli ucuzlaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

End of content

No more pages to load

RADİO