Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək?

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. 

Maraqlıdır, Novruz süfrəsi bu il bir ailəyə minimum neçə manata başa gələcək?

Bizim.Media xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Şəkərbura, paxlava, qoğal...

Novruzu adına musiqilər bəstələnən, xonçalara bəzək vuran şəkərbura, paxlava, qoğalsız təsəvvür etmək olmaz. Varlı, kasıb - fərq etməz, hər ailənin bayram süfrəsində səməni nə qədər önəmlidirsə, bu üç şirniyyat da bir o qədər vacibdir. Bəs görək, bunları bişirmək neçəyə başa gəlir?

Şirniyyatlar üçün iki kiloqram un minimum üç manat, yağ kərə yağıdırsa, iki kiloqramı 30 manat, qatıq 3-4 manat, on ədəd yumurta bir manat 70 qəpik, bir kiloqram qoz ləpəsi 16 manat, bir kiloqram fındıq ləpəsi 15 manat, iki kiloqram şəkər tozu dörd manatdır. Əlavə ədviyyatlar üçün iki manat vəsaitə ehtiyac var. Beləliklə, Novruz şirniyyatlarının hazırlanması minimum 73-74 manata başa gəlir. Əgər bu şirniyyatları hazır almaq istəyirsinizsə, şəkərburanın bir ədədi minimum bir manat, paxlavanın kiloqramı 20 manatdan başlayır, qoğalın isə bir ədədi minimum bir manatdır. Yəni dörd nəfərlik ailəyə minimum on şəkərbura, on qoğal alsaq, bir kiloqram da paxlavanı üzərinə gəlsək, 40 manatımızdan keçməli olacağıq.

Şah plovun şah kimi qiyməti

Süfrələrin şahı plovdur. Plovsuz Novruz Bayramı təsəvvür edilməz. Bir ailə plov yemək üçün bir kiloqram düyüyə minimum beş manat ödəməlidir. Yanında “aş-qarasını” saysaq, 20 manat da buna xərclənməlidir. 

Bu gün ən çox xərc tutan məhsullar ət və kərə yağıdır. Mal ətinin bir kiloqramı 13 manat, qoyun əti 17-18 manat, toyuq əti 6-10 manatdır. Əgər balıq almaq istəsəniz, məsələn, kütüm üçün 17-20 manatınızdan keçməli olacaqsınız.

Bir xonça neçəyə başa gəlir?

Bazardakı qiymətləri iqtisadçı ekspert Rauf Qarayevlə də müzakirə etdik. Həmsöhbətimiz masaların bəzəyi olan xonçanın qiymətlərini araşdırıb: “İydənin bir kiloqramı 7-8 manat, innab 6-12 manat, xurma 10-14 manat, qoz və fındıq səkkiz manat, qoz ləpəsi 15 manat, fındıq ləpəsi 16 manat, şabalıd 14 manat, ərik 8-20 manat, turşu yeddi manat, kişmiş səkkiz manat, püstə (İran) 26-28 manat, püstə (Türkiyə) 31-36 manat, şəkər tozu 2.20 manat, buğda unu bir manatdır. Yəni bir xonçaya minimum 127 manat pul xərclənir”.

Meyvəsiz süfrə olar?

Gələk meyvələrə. Meyvəsiz süfrə olar? Amma meyvəqabınızı doldurmaq istəyirsinizsə, minimum 17 manatınızdan keçməlisiniz: “Mandarinin bir kiloqramı üç manat, kivi dörd manat, banan üç manat, ananas yeddi manatdır”.

Qiymət artımı qeydə alınıb?

İqtisadçı deyir ki, isti yeməklərə xərclənən pul minimum 41 manat, şirniyyata 50 manat, şirələrə isə altı manatdır. Dörd nəfərlik ailə bayram süfrəsi açmaq üçün minimum 270 manat xərcləməlidir.

Hər kəsi builki qiymət artımı maraqlandırır. İqtisadçının sözlərinə görə, keçən ilin mart ayında qeydə alınan inflyasiya 13,8 faiz təşkil edib. Bu ilin yanvarında isə sözügedən göstərici 1,7 faizdir. Yəni ciddi qiymət artımı qeydə alınmır”.

Novruz bayramının məsrəfi

Yaşayış minimumuna gəldikdə, iqtisadçı qeyd edir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib: “Əgər ailədə ana, ata və iki uşaq varsa, 1044 manat gəliri olmalıdır ki, həmin ailə bir ay yaşaya bilsin. 1044 manat gəlirin 270 manatını Novruz Bayramında məsrəf etməlidir. Ehtiyac meyarının həddi haqqında qanunla isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün bu göstərici 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarına nəzər yetirdikdə 270 manat bir adamın aylıq minimum yaşaması üçün məbləğdir. Yaşayış minimumu da 270 manatdır. Əvvəllər fərqli rəqəmlər idi. Amma bu məbləğ kasıb adamın bayramı keçirməsinə bəs etmir. Nəticədə orta təbəqə və yuxarı təbəqədən fərqli olaraq kasıb insanlar bayramı keçirmək üçün ətrafdan asılı olacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

End of content

No more pages to load

RADİO