Türkiyədən geyim məhsullarının idxalında AZALMA – SƏBƏB NƏDİR?

Türkiyə İxracatçıları Məclisi dünən yaydığı hesabatda bildirdi ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Türkiyədən aldığı geyim və geyim üçün lazım olan ləvazimatlarının həcmi kəskin azalıb.

Belə ki, 2 ay ərzində Türkiyədən 10 milyon 84 min ABŞ dolları dəyərində geyim və geyim üçün lazım olan ləvazimatlar alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 510 min ABŞ dolları, yaxud da 35.3 faiz azdır.

Maraqlıdır ki, Türkiyədən onlayn üsulla geyim sifarişi gün keçdikcə daha da populyarlaşır. Ona görə də, statistikada azalmanın olması müəyyən suallar yaradır.

Bəs, azalmaya səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-nın bu və digər suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov, bu məlumatın statistik mənzərəni tam əhatə etmədiyini bildirib.

Onun fikrincə, burada “güzgü” (şəffaflıq) metodologiyası düzgün tətbiq olunmayıb:

“Bu gün vətəndaşlarımızın Türkiyə ilə həyata keçirdiyi alış-verişin rəsmi uçotu aparılmır. Rəsmi mənbələrə istinad edilən məlumat əsasən, “Trendyol” kimi elektron platformalardan alınan məhsullarla bağlıdır. Çünki daha çox bayram ərəfələrində bu platformalardan edilən ticarətin həcmi kəskin şəkildə artır ki, bu da normal bir haldır.

Ancaq yanvar və fevral ayları “boz ay”, yəni alış-verişin azaldığı aylar sayılır. Ona görə ki, bu aylarda insanlar qənaətçilik paradoksunun ən yüksək pilləsində olur”.

Bu il ticarət həcmi daha da artacaq

Onun sözlərinə görə, mart isə bayramlar ayı olduğu üçün adıçəkilən platformalara müraciətlərin sayı yenidən artmağa başlayıb:

“Hamı yeni geyimlər, müxtəlif əşyalar və sair almağa çalışır. Buna görə də Türkiyə İxracatçıları Məclisi tərəfindən qeyd edilən rəqəmlər əsas kimi götürülə bilməz. Çünki, elektron ticarət platformaları vasitəsilə edilən ticarətin əsl mənzərəsini görə bilmirik. Bu da Türkiyədən karqolarla gələn geyim sifarişlərinin kiloqram ilə rəsmiləşdirilməsi ilə bağlıdır. Bir çoxu isə qarışıq mallar gəldiyi üçün rəsmiləşmə daha çətinləşir”.

Onun fikrincə, bu məsələdə insanlarımızın alıcılıq qabiliyyətinin aşağı düşməsini də nəzərə almaq lazımdır:

“Amma ümumi balansa diqqət yetirsək, ilin sonuna qədər alış-verişin daha da artacağı proqnozlaşdırılır. Üstəlik, əvvəlki balansına da çatacaq və bir illik fərqi ötəcək. Bu gün Türkiyə Azərbaycanın geyim bazarını tam təmin edir”.

Bu ölkədə inflyasiya çox sürətlə gedir

Digər ekspert Xalid Kərimli isə Türkiyə İxracatçıları Məclisinin bu statistikasındakı rəqəmlərin dəqiq olmadığını söylədi:

“Burada əsas məqam, Türkiyə məhsullarının bahalaşması ilə bağlıdır. Çünki bu ölkədə inflyasiya çox sürətlə gedir. Bundan başqa, ölkəmizdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi əsas rol oynamır. Ona görə ki, bu, insanları daha çox alış-veriş etməyə həvəsləndirər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

End of content

No more pages to load

RADİO