Dolların bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “2026-cı ilə qədər…”

Xəbər verdiyimiz kimi, 22 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 5.4% çoxdur. Belə ki, 20 fevralda keçirilən valyuta hərracında banklar 102.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Hərracda dollara tələbat 100 milyondan ARTIQ OLUB 


Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son dörd hərracda dollara tələb 100 milyondan çox olub. 

Bəs, dollara olan tələbatın kəskin artmasının səbəbi nədir?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, dollara tələbatın artmasının səbəbi idxalın artmasıdır:

“İdxalın artması da dollar tələbatı artırır. Çünki xaricdən alınıb ölkəmizə gətirilən  məhsullar əsasən dollarla alınır. Məsələn, 2023-cü ildə idxal məhsullarına təxminən 15 milyard dollar xərclənib. Hadisələrin inkişafı göstərir ki, bu il bu rəqəm daha böyük olsun.  

Çünki yerli istehsalda bir durğunluq, bəzi hallarda isə geriləmələr müşahidə edilir. Gündəlik tələbat məhsullarının böyük hissəsi idxal edilir. Sənaye məhsullarına olan tələbat da əsas idxal hesabına ödənilir. Son vaxtlar qida sektoru bu siyahıya əlavə olunub. 

Hazırda toyuq əti və yumurtadan başqa əksər ərzaq məhsullarının ən azı 30-40 faizi xaricdən alınıb gətirilir. Xarici ticarət də əsasən dollarla həyata keçirilir. Ona görə də dollara tələbat getdikcə artır”. 

Bəs, artan tələbat dolların məzənnəsinə necə təsir edə bilər?

Akif Nəsirli sualı belə cavablandırdı:

“İndiki vaxtda dolların məzənnəsinin artacağı gözlənilən deyil. Çünki, Azərbaycanda üzən yox, tənzimlənən məzənnədir. Mərkəzi Bank artıq 8 ildir vahid məzənnə müəyyən edib. Ən azı 2026-cı ilə qədər də bu məzənnə dəyişməyəcək. Təbii ki, bu daha çox neftin qiymətindən asılıdır. Neft kəskin ucuzlaşsa, onda Mərkəzi Bank məzənnə dəyişikliyinə gedəcək”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

End of content

No more pages to load

RADİO