Bu il Cəbrayılda yeni günəş elektrik stansiyasının təməli QOYULACAQ 

BP şirkətinin Cəbrayılda həyata keçirəcəyi 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının tikintisi ilə bağlı Yekun İnvestisiya Qərarı (Final Investment Decision) bu ilin ikinci yarısında gözlənilir. 

Bizim.Media xəbər verir ki, bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “report.az”ın sualını cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır:

“Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Artıq Yekun İnvestisiya Qərarı ilə bağlı son texniki və kommersiya məqamları var ki, onlar da hazırlanacaq”. 

BP rəsmisi vurğulayıb ki, günəş elektrik stansiyasının təməli Yekun İnvestisiya Qərarı qəbul edildikdən sonra bu il qoyulacaq. 

Qeyd edək ki, günəş elektrik stansiyasının ilkin dəyəri 200 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır. 

Ötən il iyunun 3-də Energetika Nazirliyi və BP GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Sazişi imzalayıblar. Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

End of content

No more pages to load

RADİO