Gürcüstandan avtomobil idxalı niyə KƏSKİN AZALIB? 

Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib. 

Bu dövrdə Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayı 5276 ədəd və ya 21,02 faiz azalsa da, dəyəri 126,76 milyon dollar və ya 51,7 faiz artıb.  

“Artıq ölkəmizə köhnə avtomobil idxal olunmur”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov, azalmanın səbəbini bir amillə əlaqələndirib:

“Bu ilin mart ayında qəbul olunan yeni qaydalara əsasən, yaşı 10 ildən çox olan avtomobillərin ölkəmizə idxalı məhdudlaşdırılıb. Bu gün demək olar k, köhnə avtomobillər ölkəyə daxil olmur. Bu da qeyd edilən idxal prosesinə təsir edir”. 

Müsahibimizin sözlərinə görə, Gürcüstan Milli Statistika İdarəsinin hesabatı müsbət sənəddir: 

“Ona görə ki, ölkəmizə daxil olan yararsız avtomobillərin sayı azalıb. Bu baxımdan da Gürcüstandan gələn maşınların köhnə olduğunu düşünmürəm. Olsa da belə, bu gün əsas çoxluğu isə yeniləri təşkil edir”. 

“Azərbaycana nəqliyyat vasitələri əsasən Avropa və Amerikadan gəlir”

İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirdi ki, bir çox hallarda statistikanı rəqəmsal şəkildə müxtəlif istiqamətlərdən yönəltmək mümkündür:

“Bir sözlə, rəqəmlərlə oynamaq və müxtəlif fikirlər formalaşdırmaq olur. Bu statistikada isə cavablar açıqdır. Yaşı 10-dan çox olan avtomobillərin idxalına məhdudiyyətlər qoyulub. Bu da onu göstərir ki, dəyəri ucuz olan maşınların idxalına icazə verilmir. Bu gün qonşu ölkə üzərindən Azərbaycana daxil olan avtonəqliyyat vasitələri əsasən Avropa və Amerikadan gəlir. Nəticədə, qiyməti müəyyən qədər baha və ətraf mühitə uyğun və müasir dövrün tələblərinə cavab verən nəqliyyat vasitələrinin idxalı isə artıb”. 

Ekspert azalmanın digər səbəbini isə yanaşmaların dəyişməsi ilə əlaqələndirib:

“Bu gün ölkəmizə elektromobillərin idxalı kütləviləşib. Onların da çoxu fiskal səviyyəli, yəni minimal dəyərli nəqliyyat vasitələridir. Bu baxımdan da qiymətlərdə bahalaşmanı və saylarda azalmanı görmək olur”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

End of content

No more pages to load

RADİO