Restoranlarda 20 faizə qədər “çayevoy” OYUNU - Müştərilərdən alınan xidmət haqqı QANUNİDİRMİ?  

Bir çox insan kafe və restoranlarda göstərilən xidmətə görə könüllü olaraq əlavə ödəniş edir. İnsanlar getdikləri restoranda bu bəxşişi verməklə həmin məkan və onun işçilərindən razılıqlarını ifadə edirlər. Adına “çayevoy” dediyimiz ödənişin birbaşa masa xidmətçisinin haqqı olduğu düşünülür. 

Lakin bəzi restoranlar müştəriyə təqdim etdiyi hesabın üzərinə “servis haqqı” və ya “xidmət haqqı” adı altında ümumi məbləğin müəyyən fazini də əlavə edirlər. Təqdim olunan faizin də konkret miqdarı yoxdur, faizlər əsasən, 5 faizdən başlayaraq 20 faizə qədər davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir? 


Restorana dincəlmək üçün gedən şəxslər də buna hazırlıqlı olmurlar.

Çünki cibindəki xərcləyəcəyi məbləğlə təqdim olunan məbləğ üst-üstə düşmür. Bəzi restoranların menyusunda servis haqqı ilə bağlı heç bir məlumat qeyd olunmur. Müştəri sonda restoranın ona etdiyi “sürpriz”lə üz-üzə qalır.

Məlum məsələ dəfələrlə müzakirə olunsa da heç bir nəticə yoxdur, insanların könüllü olaraq verdiyi xidmət haqqı konkret məbləğ göstərilməklə məcburi şəkildə onlardan tələb olunur.

Bəs xidmətə görə əlavə ödənişin tələbi qanunidirmi? Təqdim olunan faizlər nəyə əsasən hesablanır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən iqtisadçı ekspert Xalid Kərimli bunun qanunla tənzimlənmədiyini deyib:

“”Sahibkarlıq fəaliyyəti haqqında” qanunda servis haqqı və yaxud onun stabil haqq kimi müəyyənləşməsi ilə bağlı heç nə yoxdur. Razılaşaq ki, bir sahibkar məhsula istədiyi qiyməti qoya bilər. Deyə bilmərik ki, salat 7 manat olmalıdır. O istəsə, salatın qiymətini 70 manat müəyyənləşdirər. Yəni sahibkar azaddır. Xoşumuza gəlmirsə, getmirik. Xüsusən də restoranlarda, iaşə obyektlərində hər hansı məcburiyyət yoxdur, qiymət tənzimlənməsindən söhbət gedə bilməz. Sata bilirsə, istədiyi qiymətə sata bilər. Nümunə üçün deyək ki, çanta var 25 manat, çanta var 25 min manat... Bunun hansının səhv olduğunu heç kim demir. Eyni qayda iaşə sektorunda da keçərlidir”.

Müsahibimiz sözügedən məsələdə qanunsuzluğun nədən ibarət olduğuna belə aydınlıq gətirib:

“Restoran bu barədə müştərini öncədən məlumatlandırmalıdır. Bizə menyu verilir, qiymətə baxıb, sifariş edirik. Amma hesab ödədikdə bizdən əlavə pul istəyirlər. Burada yanlışlıq var. Restoran və ya kafe müştəriyə əvvəlcədən göstərməlidir ki, onun qiymətlərinə əlavə olaraq filan qədər xidmət haqqı gələcək. Biz prosesə başlamamışdan, sifariş  vermədən öncə məlumatlı olmalıyıq. Məsələ bundan ibarətdir. 

Yoxsa, 1-5 və ya 20 faiz qoymağının önəmi yoxdur. Bizə faiz əlavə edildiyi halda qabaqcadan xəbər verilməlidir və təqdim edilən menyuda kifayət qədər aydın şəkildə, yeməklərin adları ilə eyni ölçüdə, anlaşıqlı formada əlavə xidmət haqqının olacağı qeyd olunmalıdır.

Yəni, sifariş vermədən öncə şərtlərin nə olduğunu bilməliyik. Şərtlər elan olunandan sonra sifariş veririksə, artıq burada qanunsuz heç nə yoxdur. 

Əgər bizə məlumat verməyib, sonda bizi fakt qarşısında qoyurlarsa, sahibkar hüquqlarımızı pozur və biz bunu verməyə bilərik. Mübahisə də yarananda istehlakçıların hüquqlarının qorunması ilə məşğul olan quruma və yaxud məhkəməyə müraciət edə bilərik. Burada incə xətt məlumatın olub olmamasıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

End of content

No more pages to load

RADİO