Paradoksal VƏZİYYƏT – Ət, buğda bahalaşır, çörək və kolbasa isə UCUZLAŞIR...

Son vaxtlar Azərbaycanın istehlak bazarında qəribə təzadlılıq müşahidə olunur. Bu da özünü əsasən bir-biri ilə əlaqəli olan ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir. 

Belə ki, bir neçə gündür mal və qoyun ətlərinin qiymətində bahalaşma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

İnflyasiya azalsa da qiymət artımı DAVAM EDƏCƏK – TƏHLİL 


Ötən il kiloqramı 11-13 manata təklif olunan mal əti bu il 14-16 manat, qoyun əti isə 17-19 manatdır. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib. Ancaq ətdən hazırlanan kolbasa və sosiska məhsulları xeyli ucuzlaşıb. 

Bu paradoksallıq taxıl-un, süd və digər məhsullarda da özünü büruzə verir. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, sözügedən vəziyyətin təəccüb doğurduğunu bildirib.   

Komitə sədri, bununla bağlı araşdırmaların aparılmasına ciddi ehtiyacın olduğunu dilə gətirib:

“Bu gün ət bahalaşır, amma ondan hazırlanan məhsullar ucuzlaşır. Un ucuzlaşır, amma çörək və digər məmulatlar bahalaşır, yaxud da əksi baş verir. Mən bunu normal hal hesab etmirəm”.  

Ətdən hazırlanan kolbasa və digər məhsulların ucuz olmasına gəlincə, deputat bunu, həmin məhsulların tərkibinə əlavə edilən qatqılarla əlaqələndirib:

“Bəllidir ki, kolbasa və sosislər sırf ətdən hazırlanmır və çox sayda nişastalar, dadlandırıcılar və digər qatqılar əlavə edilir. Bu da onun qiymətinə təsir edir. Yaxud da, ola bilər ki, istehsal qaydalarına düzgün əməl olunmur və başqa proseslər həyata keçirilir”.

Müsahibimiz vurğulayıb ki, əgər bu gün dünya üzrə ərzaq qiymətlərində bahalaşma müşahidə olunursa, bu, bizdə normal hesab olunmalıdır:

“Ona görə ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi və ticarət əlaqələrinə malikdir. Bu da istər-istəməz yaşayış tərzimizə və istehlak bazarımıza öz təsirini göstərir”.

İqtisadçı-ekspert Akif Nəsirli isə son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların daha geniş yayıldığını bildirib: 

“Bu baxımdan götürsək, Azərbaycanda kolbasa və sosis məhsulları çox keyfiyyətsiz ətdən hazırlanır. İstehsalçılar əslində məhsulu keyfiyyətsiz etməklə maya dəyərini aşağı salmağa çalışırlar ki, bu da qiyməti ucuzlaşdırmağa imkan verir. Reallıq isə odur ki, bazarda quzu əti 18 manatdan, cavan dana əti isə 15 manatdan satılır. Əgər kolbasa və sosis məhsulları məhz bu ətlərdən hazırlanarsa, o zaman onlar da baha qiymətə satılacaq. 

Unun və çörəyin qiymətlərinə gəlincə, bir faktı diqqətə çatdırım: 

Apardığım hesablamalara görə, 650 qramlıq çörəyin maya dəyəri təxminən 28 qəpiyə başa gəlir. Ancaq istehsalçılar 60 qəpiyə satırlar ki, bunun da 50 faizi istehsalçının mənfəəti olur. Bir neçə gün əvvəl qiyməti 5 qəpik ucuzlaşdırdılar. İstehsalçılar bunu etməklə, əslində əhali arasında müəyyən xal qazanmağa çalışdılar”. 

Buğda qiymətlərində axırıncı iri sıçrayışlı bahalaşmanın 2021-ci ilin yanvar ayında baş verdiyini xatırladan ekspertin sözlərinə görə, həmin vaxt 3-cü sort 1 ton buğda 350 dollara satılıb:  

“Hazırda isə Rusiyadan aldığımız 3-cü sort 230 dollara, 4-cü sort isə 215-220 dollara başa gəlir. Bir sözlə, hər tonda 120-130 dollar ucuzlaşma var ki, bu da təxminən 30 faiz edir. Çörəyin hazırlanmasında istifadə olunan xammal və yarımfabrikatların dəyəri 30 faiz, çörək isə cəmi 10 faiz ucuzlaşıb. 

Bir müddət əvvəl 40-50 kq-lıq un 40 manat, indi isə 25-26 manatdır. Bunun fonunda çörəyin cəmi 5 qəpik ucuzlaşması elə böyük əhəmiyyət kəsb etmir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

End of content

No more pages to load

RADİO