Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının ilk iclası keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqindən verilən məlumata görə, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının və Cəmiyyətin İdarə Heyətinin üzvləri iştirak ediblər.

 

MÖVZU İLƏ BAĞLI:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nazirliyin tabeliyindən çıxarıldı - SƏRƏNCAM


Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Nazir Samir Şərifov vurğulayıb ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclasının dövlətimizin başçısının bu günlərdə açılışını etdiyi səhmdar cəmiyyətin yeni binasında baş tutması əlamətdar hadisədir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ölkəmizin ən qocaman şirkətlərindən biri kimi, zəngin və şərəfli bir yol keçib. 160 ildən artıq zəngin təcrübəyə malik şirkət öz parlaq tarixi boyunca hər bir mərhələdə milli iqtisadiyyatımızın inkişafına əhəmiyyətli töhfələr verib.

Cəmiyyətin fəaliyyət coğrafiyası təkcə Xəzər hövzəsi ilə məhdudlaşmır, dünyanın bir çox tanınmış ərazilərini, yükdaşıma bazarlarını əhatə edir.

Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının müvəffəqiyyətlə həyata keçirilməsində, ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsində mühüm rola malikdir və cəmiyyət Xəzərdə özünün aparıcı mövqeyini qoruması üçün bundan sonra daha böyük əzmlə çalışmalıdır.

Müşahidə Şurasının sədri xatırladıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub.

Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir.


S.Şərifov əmin olduğunu bildirib ki, Müşahidə Şurası QSC-nin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində cəmiyyətin işində səmərəliliyi artırmaq, onun idarə olunmasını müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcəkdir.

İclasda cəmiyyətin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun, cəmiyyətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rauf Vəliyevin təqdimatları dinlənilib, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Coratda dənizdə boğulan digər şəxs xilas edildi - TƏBİB-dən açıqlama

Coratda dənizdə boğulan digər şəxs xilas edildi - TƏBİB-dən açıqlama

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

Əli Tekin Atalar vəfat etdi – FOTO

Əli Tekin Atalar vəfat etdi – FOTO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

End of content

No more pages to load

RADİO