Hansı ərazilərdə mənzillər daha çox BAHALAŞIB? – SİYAHI 

“Cari ilin 6 ayı ərzində Azərbaycanın daşınmaz əmlak bazarında bir neçə seqment üzrə qiymətlər artan dinamika üzrə inkişaf edib. Qiymət artımı özünün əsasən köhnə tikili binalarda göstərir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Uniprice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yay ayları olsa da Bakıda KİRAYƏ EV PROBLEMİ VAR - VİDEO


Ekspert qeyd edib ki, ötən ilin sentyabrından başlayan artımlar hələ davam edir və ilin sonuna qədər bu templə davam edəcək.

Onun sözlərinə görə, qiymət artımları ötən ilin sentyabr-dekabr ayları ilə nisbətən cari ildə elə də sıçrayışlı olmayıb:

“Amma son 6 ayın göstəriciləri ilə müqayisə etsək, hazırda qiymət artımları təxminən 12-25 faiz arasında dəyişir. Köhnə mənzil bazarında bahalaşma, təxminən 20 faizdən yuxarı, yeni tikili binalarda təmirsiz mənzillərdə 15 faizə, paytaxtın torpaq bazarında isə 20 faizə qədərdir. Qeyd edilən dövrdə qeyri-yaşayış sahələrinin, yəni obyektlərin qiymətində də bahalaşma müşahidə edilib. Hazırda isə daşınmaz əmlak qiymətlərində orta hesabla 15 faizə qədər bahalaşma var”. 

Konkret rəqəmlərə istinad edən eksert bildirib ki, hazırda köhnə binalarda bir otaqlı mənzilin qiyməti 70-100 min manat arasında dəyişir:

“2 otaqlı mənzillərin qiyməti 80-120 min manat, 3 otaqlılar 90-180 min manat arasında dövr edir. 4 otaqlılar 120 min manatdan, 5 otaqlılar isə 130 min manatda başlayaraq daha yuxarı qiymətə qədər dəyişir. Daha bahalı mənzillər əsasən metroların ətrafında və şəhərin mərkəzində olan binalarda yerləşir. 

Xətai rayonu ərazisində yerləşən köhnə binalarda birotaqlı mənzillərin qiyməti 70 min manatdan, Səbail rayonu ərazisində isə 120 min manatdan başlayır. Əgər bu cür mənzillər Nizami rayonunda 90 min manatda təklif olunursa, Nərimanov rayonunda təxminən 125 min manat ətrafında dəyişir. Xətai rayonunda 3 otaqlı mənzillər 100-120 min manat arasında dəyişirsə, bu, Nərimanov rayonunda 170 min manat ətrafındadır”. 

Müsahibimiz, yeni tikili binalarda təmirsiz və “podmayak” mənzillərin 1 kvadratmetr üçün 1500 manatlıq orta qiymətin artıq 2000 manata çatdığını diqqətə çatdırıb:  

“Paytaxtın bəzi yerlərində təmirsiz mənzillər 2000 manatdan başlayır və 2300-2500 manat arasında təklif olunur. Hazırda ən bahlı mənzillər Səbael rayonu ərazisindədir və bir kv-metr üçün 3000 manatdan yuxarıdır. Nərimanov rayonunda nisbətən ucuzdur və 2200 manatdan başlayır. Xətai rayonunda bu qiymət 1800 manat ətrafında dövr edir. Ən ucuz mənzil Qaradağ rayonundadır və kvadratmetri 1100 manatdan, Xəzər rayonunda isə 1200 manatdan təklif olunur”.

Torpaq bazarında da bahalaşmanın olduğunu söyləyən Mərkəz direktorunun sözlərinə görə, Bakıətrafı kəndlərdə 1 sot torpaq (100 metr2) 3000 manatdan başlayır: 

“Bağ massivlərində isə qiymətlər təxminən 15 min manata yaxındır. Dəniz sahilinə yaxın ərazilərdə isə qiymətlər daha yüksəkdir. Bəzi yerlərdə hətta 30-40 min manata təklif olunur. Paytaxtın mərkəz hissələrində də torpağın 1 sotu 150 manatdan başlayır. Bakının II zonasının ikinci hissəsində və III zonada isə 250 min manatdan yuxarıdır. I zonada hətta sotu 300 min manata da torpaq təklif olunur”. 

R.Qasımzadə, qeyri-yaşayış obyektlərinin bir kvmetrinin qiymətinin ən azı 3 min manatdan təklif olunduğunu diqqətə çatdırıb: 

“Orta qiymət isə 7-8 min manat arasındadır. Mərkəzə yaxın yerlərdə çoxmənzilli binaların əksəriyyətinin I mərtəbələri 1 kvmetr üçün 5 min manatdan, mərkəzdə isə 10-12 min manat arasında təklif olunur”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

End of content

No more pages to load

RADİO