Tikintidə təhlükəsizliklə bağlı yeni dövlət standartları qəbul edildi 

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 26633-2023 “Ağır və xırdadənəli betonlar. Texniki şərtlər”, AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” və AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” dövlət standartları qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb. 

Bildirilir ki, ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq mütərəqqi təcrübələrə əsaslanan müasir tələblərə uyğun yeni dövlət standartlarının qəbul edilməsinə zərurət yaranıb. 

AZS ГОСТ 26633-2023 “Ağır və xırdadənəli betonlar.

Texniki şərtlər” standart bütün tikinti sahələrində və iqlim zonalarında istifadə edilən sement yapışdırıcılı və sıx dolduruculu konstruktiv ağır və xırdadənəli betonlara şamil edilir və betonlara dair texniki tələbləri, onların qəbul qaydalarını və yoxlama üsullarını müəyyən edir. Standart gərginləşən, iridənəli, turşuyadavamlı, istiyədavamlı, radiasiya mühafizəli, xüsusi ağır və dispers-armaturlanmış betonlara şamil edilmir. 

AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar.

Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” standart sıxılmada möhkəmlik sinifləri B60 və yuxarı olan, istismar edilən və tikinti mərhələsində olan monolit konstruksiyalar üçün nəzərdə tutulan yüksək möhkəmlikli ağır və xırdadənəli betonlara şamil edilir və yüksək möhkəmlikli ağır və xırdadənəli betonların xassələri və sınaq xüsusiyyətləri nəzərə alınmaqla, möhkəmliyin, şaxtayadavamlılığın və sukeçirməzliyinin təyini, yoxlanılması və qiymətləndirilməsi qaydalarını müəyyən edir. Yüksək möhkəmlikli ağır və xırdadənəli betonun digər normalaşdırılan birbaşa keyfiyyət göstəriciləri həmin sınaqlara aid normativ sənədlər əsasında təyin edilir, yoxlanılır və qiymətləndirilir. 

AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları.

Texniki şərtlər” standart, beton və müxtəlif təyinatlı məhlulların doldurucuları kimi istifadəsi üçün nəzərdə tutulmuş və həmçinin ərazilərin abadlıq, bərpa və hamarlanması üçün hazır qarışıqların komponent materialı, avtomobil yollarının əsasları, uçuş-enmə zolaqlarının və aerodromların platformalarının əsasları, yol çiyinlərinin tikintisi materialı kimi istifadə olunan xırdalanmış betondan və dəmir-betondan alınmış qum-qırmadaş qarışıqlarına, qırmadaşa və quma şamil edilir.

Bu standart, xırdalanmış betondan qum-qırmadaş qarışıqlarının, qırmadaşın və qumun xüsusiyyətlərini, qəbul meyyarlarına, sınaq üsullarına, daşınmasına və saxlanmasına dair tələbləri müəyyən edir. Xırdalanmış betondan alınmış qum-qırmadaş qarışıqları asfalt-beton qarışıqlarının hazırlanması, üzvi yapışdırıcı materiallarla emal edilmiş əsasların hazır qarışıqlarının hazırlanması üçün tətbiq edilmir. 
Standartlar “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 10) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO