Banklar “dollar təbliğinə”x9d son qoyacaqmı? - TƏHLİL

Son zamanlar Azərbaycanın maliyyə bazarında və əhali arasında müəmmalı vəziyyət yaranıb. Bu müəmmaya səbəb bankların uzun müddət kreditləri yalnız xarici valyuta, daha doğrusu ABŞ dolları ilə verməsidir. Bu yanaşmanın düzgün olmadığı ilk olaraq rəsmi şəkildə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən səsləndirilib. Ramiz Rzayev bəyan edib ki, “Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”x9d. Kreditin hansı valyuta ilə verilməsinin bankların səlahiyyətində olan məsələ kimi dəyərləndirən Ali Məhkəmənin sədri eyni zamanda qeyd edib ki, banklar tərəfindən müştəriyə yalnız dollarla kredit təklif edilməsi bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin təəssüf ki, məhkəmə bankların daxili işinə, daxili prosedura qaydalarına müdaxilə edə bilmir.
 
Bu açıqlamadan üç gün sonra Maliyyə Bazarlarına Nəzarət Palatası problemlə bağlı sərt qərar qəbul edib. Palatanın Direktorlar Şurası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə qərar verilib. Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu özündə saxlayıb.
 
Beləliklə, bankların son zamanlar hərəkətləri dərhal dövlət qurumlarının diqqətini cəlb edib və müvafiq tədbirlər görülüb. Sözügedən problem ilk baxışdan ciddi kimi görünmürsə, reallıqda, əksinə, çox ciddidir. Belə ki, söhbət ondan gedir ki, dolların baha olduğu halda banklara kreditləri məhz dollarla verilməsi sərf edir. Əksinə əhali kreditləri manatla almaqda maraqlıdır. Sadə desək, əgər kredit dollarda götürülsə, dolların manata qarşı bahalaşması halında kredit manatla dərhal bahalaşır, halbuki əhali gəlirləri manatla əldə edir. Nəticədə, əhalinin kreditlərin ödənilməsi üzrə xərcləri artır ki, bu da vətəndaşların maliyyə rifahını azaldır.
 
Hazırda Azərbaycanda bank sistemi üzrə 21,2 mlrd. manat həcmində  məcmu kreditlərin tərkibində 10,2 mlrd. manat və ya 48,1%-i manat kreditlərinin , 11 mlrd. manat və ya 51,9%-i isə valyuta kreditlərin payına düşür. Təbii ki, valyuta kreditlərin böyük əksəriyyəti məhz dollar kreditləridir. Bu dərəcədə yüksək pay onu göstərir ki, Azərbaycanda bank-kredit sahəsində dollarlaşma səviyyəsi çox yüksəkdir. Qeyd etmək lazımdır ki, post-devalvasiya dövründə hər ölkənin, o cümlədən Azərbaycanın maliyyə rəhbərliyinin əsas məqsədlərdən biri də iqtisadiyyatda, həmçinin maliyyə-bank sektorunda dollarlaşma səviyyəsini mümkün qədər aşağı salmaqdır. Bunun fonunda banklar tərəfindən dollar kreditləşməsinin artması makroiqtisadi baxımından ən azı məqsədəuyğun deyil. Obyektivlik naminə demək lazımdır ki, dollar kreditləri amilinin valyuta bazarına təsiri kiçikdir, çünki banklar daxili konvertasiya vasitəsi ilə dollar kreditlərin ödənilməsini manatla da həyata keçirirlər. Yəni kredit ödəyicisinə dollar almağa ehtiyacı yoxdur. Lakin burada bir məqam da var: təcrübə göstərir ki, valyuta kreditləri üzrə ödəniş aparılanda bankın məzənnəsi çox əlverişsiz olur, bəzi hallarda valyutanı alıb birbaşa valyutada ödəmək daha sərf edir. Belə olan halda valyuta bazarına təsir artır.
 
Hər halda ümumi iqtisadi baxımından dollar kreditlərin artırılması birbaşa olaraq əhalinin maliyyə vəziyyətini pisləşdirir. Bu isə öz növbəsində iqtisadi problemi artıq sosial problemə çevirir. Sosial problemlərin həlli isə iqtisadi problemlərin həllinə dair daha çevik və qəti addımlar atmaqdan keçir. Faktiki olaraq, Palatanın yuxarıda qeyd edilən qərarı məhz bu addımlarından biridir. Həmçinin aydındır ki, həmin bir aylıq dayandırma banklara xəbərdarlıqdır. Çünki bu müddətin uzadılması imkanı onu göstərir ki, bu qərar banklar öz əməllərinə son qoyanadək qüvvədə qala bilər.
 
Nəhayət banklar tərəfindən “yarıicbari”x9d şəkildə kreditlərin xarici valyutada “verilməsi”x9d məsələsinə son qoyulması halında banklar başqa bir addıma əl ata bilər. Söhbət manat və dollar kreditləri üzrə faiz dərəcələrin nəzərə çarpan dərəcədə fərqlənməsindən gedir. Yəni banklar valyuta məzənnə risklərini müştərilərin boynuna qoymaq üçün dollar kreditləri üzrə faizlərini manat kreditləri üzrə dərəcələrindən daha yüksək edə bilər. Hazırda fiziki şəxslər üçün kreditlər (istehlak kreditləri) üzrə orta faiz dərəcələri manat kreditləri üzrə illik 17,5%, valyuta kreditləri üzrə isə 20,65% təşkil edir. Əgər bankların dollar kreditləri verməsini “təbliğ etmə”x9d imkanı əllərindən alınsa, banklar valyuta kreditləri üzrə faiz dərəcələrini daha da artıra bilər. Bununla bağlı Palataya və Mərkəzi Banka tövsiyə etmək olar ki, həmin istiqamətə də fikir versin.
 
Qeyd edək ki, Azərbaycanda dollar kreditləri devalvasiyadan əvvəl çox populyar idi, çünki həmin dövrdə dolların məzənnəsi 0,78 - 0,79 manata bərabər olub və ilk növbədə psixoloji baxımından əhali dollar kreditlərinə müsbət baxırdı. Maliyyə baxımından böyük fərq yox idi, çünki devalvasiyadan əvvəlki bir neçə il ərzində dolların məzənnəsi sabit saxlanırdı ki, məzənnə fərqindən nə udan, nə uduzan vardı. Devalvasiyadan sonra hər şey dəyişib. İlk növbədə bunu əvvəllər dollarla götürülər kreditlər üzrə demək olar, çünki həmin kreditlər dolların məzənnəsinə paralel əvvəl 2015-ci ilin fevralında bir anda 35%, dekabrında isə daha 48% bahalaşıb. Nəticədə, 2015-ci ildə dollar kreditləri manatla 2 dəfə bahalaşıb. Bu fakt bir neçə sahələrdə birdən-birə durğunluq yaradıb, kreditləşmə sahəsində vəziyyət olduqca pisləşib. O cümlədən, ictimaiyyət və bəzi iqtisadçılar tərəfindən dollar kreditlərin devalvasiyadan əvvəl olan məzənnə ilə ödənilməsi təklifi səsləndirilib, amma bu təklif hökumət tərəfindən rəğbətlə qarşılanmayıb. İndi isə hökumət bankların dollar kreditlərini “təbliğ”x9d etməsinə mütləq cavab verməli idi. Göründüyü kimi, hökumətdən reaksiya dərhal gəlib.
 
Qeyd edək ki, iqtisadiyyatda dollarlaşma səviyyəsinin azaldılması üçün növbəti addım daha istiqamətli ola bilər. Söhbət dollar kreditləşməsinin məhdudlaşmasından gedir. Amma hələlik bu yalnız təklifdir... /APA/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Avtoyumada FACİƏ – Ata və oğul həyatını itirdi

Avtoyumada FACİƏ – Ata və oğul həyatını itirdi

Balakəndə yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Balakəndə yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Bu gün və sabah çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Bu gün və sabah çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

ABŞ-dan İrana ULTİMATUM

ABŞ-dan İrana ULTİMATUM

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

Misli görünməmiş uğur qazanacaq bürclər

Misli görünməmiş uğur qazanacaq bürclər

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

End of content

No more pages to load

RADİO