Mərkəzi Bank hələ də bu istiqamətdə heç bir addım atmayıb - EKSPERT

Dünən küçədə polis ilə son günlər ən çox rastlaşdığım sual-cavabım oldu:
- Müəllim, dolların axırı necə olacaq? 
- Dolların taleyi ilə niyə maraqlanırsınız? Qoy, amerikan pulu ilə ABŞ Prezidenti və ya FES-in Sədri maraqlansın. Siz milli valyutamızın taleyi ilə maraqlanın.
- Evdə manat qalıb ki, onun taleyi ilə maraqlanım , bütün pulları dollara çevirmişik.
Əslində, bu mövcud dollarlaşma səviyyəsini göstərən çox kiçik dialoqdur. Bəli, birinci devalvasiyadan ötən müddətdə, xüsusən ötən ilin dekabr və bu ilin yanvar aylarında Mərkəzi Bankın siyasəti dollarizasiya prosesinin qarşısının alınması deyil, sürətləndirilməsinə hesablandı. Dollar ilə depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib. Bu əmanətlərin valyuta strukturu baxımdan çox kritik həddir. Üzən valyuta rejiminə keçmək istəyən Mərkəzi Bank əslində manata təzyiq səbəbindən prosesi yubatmağa çalışır. 

Yanvarın 25-dən sonra manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə möhkəmlənir və nəticədə ötən ilin sonları dollar qıtlığı səbəbindən ötən ilin sonu və bu ilin əvvələridə yüksək kursla dollar alanlar daha çox ziyan etməmələri üçün xarici valyutanı manata çevirirlər. Halbuki real üzən məzənnəyə keçməyən Mərkəzi Bank zamanında “qara bazarın”x9d yaranmasına və vətəndaşların yüksək məzənnə ilə dollar almasına imkan verməməli idi. Manatın məzənnəsində yanvarın 25-dən sonra müzakirə edilən möhkəmlənmələr psixoloji faktor ilə bağlı olsa da əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma iqtisadi baxımdan ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu prosesi nə qədər uzun müddət davam etdirilə bilməsi sual altındadır. Çünki müəyyən müddət sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini arıtracaq.

Əslində, 2015-ci ildə Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinə dəstək deyil, manata inam üzərində qurulmalı idi. Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklarda olan əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə Mərkəzi Bank də hələ də bu istiqamətdə heç bir addım atmayıb. Bu həm də, evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilərdi. Amma baş bankın son 1 ildəki siyasəti, əksinə, manata təzyiqi artımaq üzərində quruldu. Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan Mərkəzi Bank “az manat, dollara az tələb”x9d prinsipi ilə vətəndaşları və xüsusən də biznesi milli valyutasız qoyub. 

Dəfələrlə qeyd etdiyimiz kimi, məhdulaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir. Mərkəzi Bankın mövcud monetar siyasəti daha çox manat təklifini məhdudlaşdırmağa hədəflənib. Artıq manatın məzənnəsi dünya bazarı ilə də əlaqəsini itirib: bivalyuta səbətinə malik olan Mərkəzı Bank dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq manatı ABŞ puluna nisbətən möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq.

Vüqar Bayramov, iqtisadçı ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

End of content

No more pages to load

RADİO