Pensiyaçılara ŞAD XƏBƏR: Artımlar bu tarixdən ödəniləcək

"Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yəni, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".

Bunu artırılan pensiyalarla bağlı danışan Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov söyləyib. 

Bizim.Media-ya açıqlamasında o bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15.0 faiz artırılmalıdır:

“Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi daha çox sual doğurur. Yeni dəyişikliklərə əsasən, bu ildən ilk dəfə olaraq maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının indeksasiya olunması həyata keçiriləcək. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq”.
Xatırladaq ki, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib.

Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası təxminən 62 manat artacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Pirşağıda güclü yanğın - VİDEO

Pirşağıda güclü yanğın - VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

İranın neft ixracı dayandırıldı – Həmmati

İranın neft ixracı dayandırıldı – Həmmati

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

End of content

No more pages to load

RADİO