Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Proqramda aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:
- Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin (intensivliyinin) artırılması;
- aviabilet qiymətlərinə əlçatanlığın artırılması;
- regionda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların və aşağı büdcəli aviaşirkətlərin cəlb olunmasının təşviq edilməsi.
Bizim.Media