Bu il devalvasiya olacaq? - Deputat AÇIQLADI

"2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox ünvanlanan suallardandır. Bu il devalvasiya olacaqmı? Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb: 

"Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8.0 faizdən çox dəyər itirib. Bu isə neft ixracatçı ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil.
2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVİD-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyinin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızılın” qiymətində artımları xeyili dərəcədə məhduddlaşdırır". 

Deputat qeyd edib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: 
 "Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Pirşağıda güclü yanğın - VİDEO

Pirşağıda güclü yanğın - VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

İranın neft ixracı dayandırıldı – Həmmati

İranın neft ixracı dayandırıldı – Həmmati

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

End of content

No more pages to load

RADİO