Ərzaq mallarının idxalı ilə bağlı Baş nazirdən QƏRAR

Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlərə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabinetinin izahında bildirilib ki, qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanıb.

Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.
Qərarın qüvvədə olma müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb. Əvvəl bu, 2022-ci il dekabrın 31-dək olan dövrü nəzərdə tuturdu. Eyni zamanda qərara görə, Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı dəyişib.

Qərara əsasən, milk shake və sundae, pambıq yağı, digər başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları və əlavə məhsullar, pərakəndə satış üçün qablaşdırılmış it və ya pişik yemlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısından çıxarılıb.

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü (08-ci qrupdakı məhsullardan narın və qaba üyüdülmüş un və toz, qarğıdalı nişastası istisna olmaqla) yeni redaksiyada təqdim edilib.

İndiyə qədər sadəcə Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özünün gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənirdi.

Həmçinin, qərara əsasən, xırdalanmış və ya xırdalanmamış soya paxlaları; xırdalanmış və ya xırdalanmamış günəbaxan toxumları; toxumluq və digər pambıq toxumları; xardal toxumlarından başqa, yağlı bitkilərin toxumlarından və ya barlarından narın və qaba üyüdülmüş un; əkin üçün şəkər çuğunduru toxumları; qarayonca toxumları; üçyarpaq yonca toxumları; tərəvəz bitkilərinin toxumları; digər bitkilərin toxumları; emal olunmamış, xırdalanmış və ya xırdalanmamış, üyüdülmüş və ya üyüdülməmiş, preslənmiş və ya qranullar şəklində taxıl samanı və küləşi; qranullaşdırılmış və ya qranullaşdırılmamış şalğam, pazı (yarpaq çuğunduru, manqold), yem meyvəköklüləri, ot, qara- yonca, yonca, qəpikotu, yem kələmi, acıpaxla və ya lupin, lərgə və analoji yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

İndiyə qədər Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yemin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

İranın neft ixracı dayandırıldı – Həmmati

İranın neft ixracı dayandırıldı – Həmmati

End of content

No more pages to load

RADİO