Dövlət Xidmətindən sahibkarlara MÜRACİƏT: “Malların üzərində qiymət kağızı olmalıdır”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymət manipulyasiyalarına yol verilməməsi üçün sahibkarlıq subyektlərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə bildirilib ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər.

Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır.

Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və yaxud vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır.

Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır.
Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4000-6000 manat inzibati qaydada cərimə edilir.

"Bayramqabağı alış-verişin daha da artacağını nəzərə alaraq, istehlakçılara diqqətli olmağı, sahibkarlara isə belə hallara yol verməməyi tövsiyə edirik.

İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, rəsmi internet səhifəsi
(competition.gov.az) və elektron poçt ([email protected]) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər", - qurum bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

End of content

No more pages to load

RADİO